Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilir.
Azmedinfo.az xəbər verir ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirak edirlər. Azərbaycan Respublikası tədbirdə səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edərək, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərə dair məlumat verib.
Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyi ÜST-nin növbəti beşillik “Avropa İş Proqramı 2026–2030”, idarəetmə orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi kimi mühüm məsələləri əhatə edir.
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirləri və digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun gələcəyin sağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzv dövlətlərin milli səhiyyə sistemlərininin transformasiyasının dəstəklədiyini yüksək qiymətləndirir: “Avropa İş Proqramında müəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyə sisteminin gələcək istiqamətləri ilə uyğundur”.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son illər milli səhiyyə sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyü diqqətə çatdırılıb: “Vətəndaşların sağlamlıq və sosial rifahının yüksəldilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Vətəndaşların uzunömürlülüyünün artmasını nəzərə alaraq, sağlamlıq prioritet məsələ olaraq qalmalıdır”.
Müasir zamanda süni intellektin, iri həcmli məlumatların və rəqəmsal həllərin səhiyyə xidmətlərinin inkişafında mühüm rol oynadığını bildirən Teymur Musayev deyib: “Bu texnologiyaların potensialını tam şəkildə istifadə etmək üçün süni intellektin qanunvericilik çərçivələrinə daxil edilməsi, onun məsuliyyətli və etik istifadəsi vacib məsələdir. Bununla belə, rəqəmsal alətlər insan əməyini əvəz etməməli, əksinə fəaliyyətlərdə tamamlayıcı rol oynamalıdır”.
Tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2025–2028-ci illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə (SCRC) üzv seçilib.
Azərbaycan nümayəndəsinin Komitəyə üzv seçilməsi ölkəmizin beynəlxalq səhiyyə siyasətində rolunun daha da güclənməsinə və ÜST-nin Avropa regionunda qəbul edilən qərarların formalaşmasında iştirakının təmin olunmasına şərait yaradacaq.
Həmçinin, ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib. İlk olaraq Teymur Musayevin ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge ilə görüşü baş tutub. Görüş zamanı nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğu xüsusi vurğulanıb.
İslandiyanın sabiq Baş naziri, ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının sədri xanım Katrin Yakobsdottir ilə görüşdə ötən il COP29 kimi mötəbər tədbirin Azərbaycanda ən yüksək səviyyədə təşkil edildiyi bildirilib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksək qiymətləndirilib.
Oktyabrın 30-u yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026136
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026110
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668