Belarus Respublikasının səhiyyə nazirinin müavini Aleksandr Starovoytov və Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov nazirliyin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu ziyarət ediblər.
Azmedinfo.az Nazirliyin məlumatına istinadən xəbər verir ki, qonaqlar Azərbaycanın tanınmış siyasi və dövlət xadimi professor Əziz Əliyevin xatirə muzeyində olan fotoşəkillər və eksponatlarla tanış olublar.
İnstitutun rektoru Nazim Pənahov qurumun tarixi haqqında məlumat verərək təmsil etdiyi təhsil müəssisəsində hazırda müasir tələblərə cavab verən şəraitin yaradılması, tədrisdə müasir İT texnologiyaların tətbiqi, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, son illərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr genişləndirilir. Bildirilib ki, İnstitula Belarus Dövlət Tibb Universiteti arasında akademik, elmi və təhsil əməkdaşlığının inkişafı, həmçinin qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Akademik Əməkdaşlıq haqqında Razılaşmanın olması bunun sübutudur.
Görüş zamanı Azərbaycanda və Belarus Respublikasında diplomdan sonrakı tibb təhsilinin mövcud tendensiyaları və problemləri də müzakirə olunub, gələcək əməkdaşlığın istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda səmimi qəbula görə minnətdarlığını bildirən Belarusun səhiyyə nazirinin müavini bu cür görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654