Milli Aviasiya Akademiyasının tələbələri arasında orqan donorluğu dəyərləri təbliğ edildi
01 Noyabr 2025
624
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasında (MAA) tələbələrlə maarifləndirici görüş keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında orqan donorluğuna dair məlumatlılığı artırmaq, bu mövzuda düzgün ictimai yanaşmanı formalaşdırmaq olub.
Azmedinfo.az xəbər verir ki, görüşü Milli Aviasiya Akademiyasının Həmkarlar Komitəsinin sədri, İqtisadiyyat və Hüquq fakültəsinin dekan müavini Qalib Süleymanov açaraq qeyd edib ki, bu cür görüşlər gənclərin mənəvi dəyərlərə sadiqliyini və sosial məsuliyyət hissini gücləndirir: “Bu kimi təşəbbüslər gəncləri həm insani, həm də sosial baxımdan formalaşdırır.”
Daha sonra çıxış edən Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova vurğulayıb ki, orqan donorluğu cəmiyyət üçün humanist dəyərin ən ali təzahürlərindən biridir: “Donorluq — həyat bəxş edən qərardır. Biz istəyirik ki, gənclər bu anlayışı yalnız tibbi yox, həm də mənəvi məsuliyyət kimi dərk etsinlər”.
Ardınca Mərkəzin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək donor olmağın vacibliyi, bir donorun 8-ə yaxın insanın həyatına işıq ola biləcəyini vurğulayıb: “Donorluq sadəcə tibbi prosedur deyil — bu, mərhəmət, paylaşmaq və insan sevgisi anlayışlarının birləşdiyi ali dəyərdir”.
Tədbir zamanı tələbələr aktiv iştirak edərək, müxtəlif suallar veriblər. Mərkəzin İdarə Heyətinin sədri Yeganə Abbasova bütün sualları ətraflı şəkildə cavablandıraraq tələbələri bu sahədə daha məlumatlı olmağa çağırıb.
Tədbirin sonunda isə orqan donorluğunun əhəmiyyətini və insan həyatında yaratdığı dəyişiklikləri əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Video tələbələr tərəfindən böyük maraq və emosional təsirlə qarşılanıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261104
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026792
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026760
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654