Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
29 Aprel 2026, Çərşənbə, 11:41
Əlaqə vasitələri
Bizimlə əlaqə
Astanada aritmologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq sammit keçirilib
31 Oktyabr 2025
300
Astanada aritmologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq sammit keçirilib

Astanada ürək ritm pozğunluqlarının diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsinə həsr olunmuş Mərkəzi Asiya Aritmologiya Sammiti baş tutub.

Azmedinfo.az xəbər verir ki, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki gün ərzində Qazaxıstan, Azərbaycan, Türkiyə, Avstriya, Koreya, Çin, Polşa, Almaniya, BƏƏ, Rusiya, Belarus, Qırğızıstan və Özbəkistandan olan aparıcı kardioloqlar və aritmoloqlar müasir aritmologiyanın inkişafı tendensiyalarını müzakirə ediblər.

 

Proqrama Qazaxıstanın qulaqcıqların fibrillyasiyası ablasiyasında təcrübəsi, müasir kateter əsaslı müalicə metodlarının müqayisəli təhlili, yetkinlərdə anadangəlmə ürək qüsurlarında aritmiya, qəfil ürək ölümünün qarşısının alınması və implantasiya edilə bilən kardioverter-defibrilatorlar və fizioloji ürək stimulyasiyası üçün qabaqcıl texnologiyaların istifadəsi daxil edilib. Müzakirələrdə yüksəktexnologiyalı aritmiya müalicəsində yeni yanaşmalara xüsusi diqqət yetirilib.

Ən çox oxunanlar