Orqan donorluğuna həsr olunmuş növbəti maarifləndirici görüş
06 Noyabr 2025
468
Bəzən bir insanın həyatı başqa bir insanın cəsarətindən başlayır. Kiminsə “bəli” cavabı başqa bir ürəyin döyünməsi, bir nəfəsin geri qayıtması deməkdir. Məhz bu ümid və humanizm hissini paylaşmaq məqsədilə Azərbaycan Dillər Universitetində (ADU) Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə maarifləndirici görüş təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbiri giriş sözüylə ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Kərimov açıb. O, çıxışında insan həyatının dəyərindən, paylaşmağın böyüklüyündən danışaraq bildirib:“Orqan donorluğu sadəcə tibbi prosedur deyil, insanın insana verdiyi ən saf, ən dəyərli hədiyyədir. Bu addım mərhəmətin, insanlığın və həyat sevgisinin ifadəsidir.”
Ardınca çıxış edən Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova vurğulayıb ki, donorluq anlayışı cəmiyyətdə yalnız sağlamlıqla deyil, həm də mənəvi bütövlüklə bağlıdır: “Bir donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər. Bu, insanlığın ən ali göstəricisidir.”
Tədbirdə həmçinin Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək donorluğun əhəmiyyətinə toxunub, beynəlxalq təcrübədən maraqlı faktlar bölüşüb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışıb.
Görüş boyu tələbələr böyük maraq və səmimiyyətlə müzakirələrə qoşulublar. Onlar donorluğun tibbi və hüquqi tərəfləri ilə bağlı maraqlı suallar səsləndiriblər. Mərkəzin nümayəndələri hər bir suala diqqət və anlayışla cavab veriblər, həyatın dəyəri üzərində dayanaraq tələbələri düşünməyə sövq ediblər.
Görüşün sonunda orqan donorluğunun insana ümid və yaşamaq gücü bəxş etdiyini göstərən maarifləndirici videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda bir qrup tələbə ölümdən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayıb. Çünki hər imza bir ümidin, hər qərar bir həyatın başlanğıcıdır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654