Konstitusiya və suverenlik: Mərkəzi Gömrük Hospitalında dövlətçilik mövzulu tədbir
06 Noyabr 2025
528
Mərkəzi Gömrük Hospitalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, müasir müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətləri nəticəsində mümkün olub. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və hüquqi inkişafının əsas bünövrəsini formalaşdırıb.
Rəis müavini İsmayıl Əfəndiyev çıxışında vurğulayıb ki, qəbul edilən Konstitusiya humanizm, ədalət və demokratiya prinsiplərinə əsaslanaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verib.
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, formalaşma mərhələləri və müasir dövrdə dövlət idarəçiliyində oynadığı rol barədə məruzə təqdim edib.
Tədbir çərçivəsində iştirakçılar arasında müzakirələr aparılıb, Konstitusiyanın əhəmiyyəti, onun cəmiyyət həyatında və dövlət idarəçiliyində rolu barədə fikirlər səsləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261172
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026742
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026734
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026636
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026630
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026628
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026614
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026580
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026564
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026556
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026488
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026446
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026444
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026424
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314