Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu 2025-2030-cu illəri əhatə edən ikinci beşillik Avropa İş Proqramı (EPW2, The European Programme of Work 2) üçün hazırlıqlara başlayıb.
Azmedinfo.az xəbər verir ki, bu prosesin bir hissəsi olaraq ÜST-nin Avropa Regional Bürosu 2030-cu ilə qədər Avropa Regionu üçün vahid səhiyyə gündəliyi üzrə fikir mübadiləsi, prioritetləri və tövsiyələri müzakirə etmək məqsədilə üzv dövlətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlar üçün genişmiqyaslı virtual ictimai dinləmələr təşkil edir. Belə ki, bu gün onlayn formatda “Gələcəyin səhiyyə sistemləri: səhiyyədə texnologiyaların və innovasiyaların istifadəsi – hər yerdə və hər kəsin maraqlarına uyğun” mövzusunda videokonfrans keçirilib. Beynəlxalq konfransda ölkəmizi səhiyyə naziri Teymur Musayev təmsil edib.
Videokonfransda açılış nitqi ilə çıxış edən ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge qeyd edib ki, yeni texnologiyalar, o cümlədən rəqəmsal alətlər səhiyyə sektorunu transformasiya etdirir. Onun sözlərinə görə, süni intellekt, dəqiq tibb, şəxsi və demoqrafik məlumatlardan daha yaxşı istifadə xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə kömək edir. Bu da nəticədə insanların sağlamlığının və rifahının yaxşılaşmasına gətirib çıxarır. Bununla belə, texnoloji tərəqqi qayğıkeş insan münasibətlərini əvəz edə bilməz.
Azərbaycanın səhiyyə naziri çıxışında qlobal səhiyyənin son onillikdə, xüsusən də son iki-üç il ərzində sürətli texnoloji tərəqqi yaşadığını qeyd edib: “Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir. Səhiyyə sənayesi texnoloji tərəqqi, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbə doğru addımların birləşməsi ilə formalaşacaq. Hazırda da süni intellekt (AI), məlumatlar bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində həlledici rol oynayır”.
Nazirin sözlərinə görə, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər: “Planlaşdırma və sənədləşdirmə kimi təkrarlanan tapşırıqların avtomatlaşdırılması tibb işçilərinə diqqətini xəstələrin qayğısına fokuslanmasına imkan verir. Eyni zamanda, rəqəmsal alətlər klinik qərarlar üçün dəstəyi təkmilləşdirir. Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edərək qərar qəbulunu sürətləndirir. Məlumlar bazasının təhlili ictimai səhiyyə tendensiyalarının müəyyən etməsinə kömək, habelə hədəflənmiş səhiyyə strategiyalarının hazırlanmasına imkanlar yaradır. Bununla belə, biz Aİ-ni səhiyyəyə inteqrasiya etdikcə, müvafiq qaydalar və etik prinsiplər vasitəsilə süni intellektə əsaslanan həllərin ədalətli və qərəzsiz istifadə olunmasını təmin etməliyik”.
“Səhiyyə sistemlərinin gələcəyinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsirləri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz yaşıl xəstəxanaların sayını artırmalı, enerjiyə qənaət edən səhiyyə müəssisələrinə və davamlı səhiyyə tullantılarının idarə edilməsinə sərmayə qoymalıyıq.
Rəqəmsal alətlər çox böyük faydalar təqdim etsə belə, onlar insanların qarşılıqlı əlaqəsini əvəz etməməlidir. Bu texnologiyalar tibb işçilərinə birbaşa xəstələrə qulluq üçün daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr rolunu oynamalıdır. Səhiyyə sistemləri süni intellekt və rəqəmsal həllərdən istifadə etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldıra, tibbi xidmətin keyfiyyətini yaxşılaşdıra və daha davamlı və səmərəli gələcək yarada bilər”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
İclas zamanı ÜST-nin Avropa Regional Bürosuna üzv dövlətlərin, tərəfdaşların və vətəndaş cəmiyyətinin nümayəndələri səhiyyə sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq üçün sürətli texnoloji irəliləyişlərin potensialını, səhiyyə sistemlərinin texnoloji nailiyyətlərdən daha yaxşı istifadə etməsini təmin etmək üçün lazım olan əsas siyasət dəyişikliklərini; “rəqəmsal təcridlə” mübarizədə vətəndaşların və icmaların rolu kimi mövzuları müzakirə ediblər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654