Azərbaycanlı alimlər gənc həkimlərin pediatriya sahəsinə marağının artırılmasını hədəfləyən yol xəritəsi təqdim ediblər
Son illərdə uşaq sağlamlığı və xəstəlikləri ixtisasına marağın azalması reallıqdır və bu meyl pediatriya sahəsində müəyyən boşluqların, kadr çatışmazlığının və praktiki çətinliklərin yaranmasına səbəb olur. Bu vəziyyətin səbəblərini elmi müstəvidə təhlil etmək, həm müsbət, həm də tənqidi baxışları diqqətə almaq, problemin həllinə sistemli yanaşma formalaşdırmaq zərurəti yaranıb.
Azmedinfo.az xəbər verir ki, 7-11 noyabr tarixlərində Bursa şəhərində türkdilli ölkələrdən pediatriya sahəsində alim, ixtisaslı həkim və mütəxəssislərin iştirakı ilə "5-ci Beynəlxalq Sağlam Böyüyən Uşaq Konqresi" və "Nə üçün pediatriya?" mövzulu "3-cü PUADER Pediatriya Zirvəsi" keçirilib.
Gənc və təcrübəli pediatriya həkimləri, mütəxəssislər və professorlar tibbin pediatriya istiqamətini niyə seçdiklərini öz təcrübələri əsasında bölüşərək müzakirə ediblər.
Həmçinin konqresdə gündəlik praktikada faydalı olan, uşaq sağlamlığı ilə bağlı ən vacib mövzularda son yeniliklər iştirakçılara təqdim edilib.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, APA-nın üzvü olan həkimlər, ATU-nun Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Şəhlə Balayeva, ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin kafedra üzrə koordinatoru, tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyeva və ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, İctimai Səhiyyə fakültəsində “Tibb bacısı işi” ixtisası üzrə koordinator, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova olublar.
Təranə Tağı-zadə çıxışında Assosiasiyanın fəaliyyəti və beynəlxalq miqyasda qazandığı nüfuz barədə geniş təqdimatla çıxış edib. O, vurğulayıb ki, Assosiasiyanın məqsədi yalnız uşaq həkimlərini birləşdirmək deyil, həm də regionda pediatriya elminin inkişafına, tibb təhsili və klinik praktikada müasir standartların tətbiqinə töhfə verməkdir.
Alim bildirib ki, APA-nın fəaliyyəti çərçivəsində Türkiyə səhiyyə qurumları ilə çoxistiqamətli əməkdaşlıq əlaqələri formalaşıb. Bu əlaqələr birgə konqreslər, elmi simpoziumlar, təlim proqramları və klinik təcrübə mübadilələri vasitəsilə davam etdirilir. O, Türkdilli dövlətlərin pediatr və mütəxəssislərinin APA-nın təşkil etdiyi tədbirlərdə fəal iştirakının həm elmi, həm də mənəvi birliyə xidmət etdiyini xüsusi vurğulayıb.
Dosent T.Tağı-zadə həmçinin pediatriya elminin yeni tendensiyaları, uşaq sağlamlığına dair qlobal çağırışlar və innovativ yanaşmalar barədə ətraflı məlumat verib. O, Azərbaycanda son illər həyata keçirilən səhiyyə islahatlarının, xüsusilə rəqəmsal səhiyyə sisteminin tətbiqi, uşaq xəstəliklərinin erkən diaqnostikası və immunoprofilaktika proqramlarının genişlənməsi kimi təşəbbüslərin ölkəmizi regionda qabaqcıl mövqelərdən birinə çıxardığını qeyd edib.
Təranə Tağı-zadə çıxışında bioetikanın tibb təhsilinə inteqrasiyası məsələsinə də toxunaraq, həkimlik peşəsinin yalnız elmi bilik deyil, həm də mənəvi məsuliyyət tələb etdiyini bildirib. Alim bioetikanın üç əsas istiqaməti – tibb, hüquq və etikadan bəhs edərək, bu sahənin multidissiplinar mahiyyətini vurğulayıb. T. Tağı-zadə bioetika kursunun ilk dəfə Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında məhz onun təşəbbüsü ilə tədris olunmağa başladığını və artıq 25 ildən çoxdur bu fənni ardıcıl şəkildə tədris etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, bioetikanın tədris proqramlarına daxil edilməsi gələcək həkimlərdə pasiyentə empatik yanaşma və tibbi qərarlarda etik dəyərlərin qorunmasını təmin edir.
Sonda Təranə Tağı-zadə qeyd edib ki, pediatriya sahəsində ixtisaslı həkimlərin azalması böyük narahatlıq doğurur, bu tendensiyanı aradan qaldırmaq üçün uşaq sağlamlığı və xəstəlikləri ixtisasına marağın artırılması, gənc həkimlərin bu sahəyə cəlbi və onların elmi-praktik inkişafına şərait yaradılması gələcəyin sağlam nəsli naminə strateji prioritet olmalıdır.
Ülviyyə Hacıyeva öz çıxışında profilaktik yanaşmaların uşaq sağlamlığının qorunmasında rolu haqqında danışıb. O, pediatrik təcrübədə multidissiplinar yanaşmanın vacibliyini vurğulayaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Fəxriyyə Məmmədova “Qloballaşan dünyada uşaqlarda qeyri-infeksion xəstəliklərin risk amilləri” mövzusunda təqdimatla çıxış edib. O, müasir həyat tərzinin, urbanizasiya və qidalanma vərdişlərinin uşaqlarda qeyri-infeksion xəstəliklərin yayılmasına təsir etdiyini, erkən profilaktik tədbirlərin və valideyn maarifləndirilməsinin önəmini vurğulayıb.
Şəhlə Balayeva “Uşaqlarda fiziki inkişaf pozğunluqları və artıq çəki problemlərinin risk amilləri” mövzusunda məruzəsində uşaqlarda fiziki inkişafın izlənməsi, düzgün qidalanma və fiziki aktivliyin vacibliyi məsələlərinə toxunub. O, artıq çəkinin erkən yaşlarda müəyyənləşdirilməsinin gələcəkdə xroniki xəstəliklərin qarşısının alınmasında əsas addım olduğunu bildirib.
Müzakirələrdə azərbaycanlı alimlər pediatriya sahəsində kadr potensialının möhkəmləndirilməsini, bu sahədə müasir tələblərə cavab verən peşəkar mütəxəssislərin yetişdirilməsini, gənc həkimlərin pediatriya sahəsinə marağının artırılmasını hədəfləyən yol xəritəsi təqdim ediblər.
Tədbir çərçivəsində kurslar, beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin çıxış etdiyi panellər, konfranslar, şifahi və poster təqdimatları da yer alıb.
Təqdimatçılar təşəkkürnamə ilə təltif ediliblər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026288
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026178
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026176
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026168
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026158
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026152
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026150
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026144
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142