Mərkəzi Gömrük Hospitalında birinci kurs həkim-rezidentlərin praktik təhsili uğurla davam edir
13 Noyabr 2025
466
Mərkəzi Gömrük Hospitalının klinik bazasında rezidentura təhsili alan birinci kurs həkim-rezidentlər öz seçdikləri ixtisaslar – ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, kardiologiya, radiologiya, anesteziologiya, fizioterapiya, urologiya, laboratoriya, travmatologiya və pediatriya üzrə bilik və bacarıqlarını təkmilləşdirir, klinik təcrübələrini genişləndirirlər.
Azmedinfo.az xəbər verir ki, tədris prosesi Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkimi, t.e.d. Bəxtiyar Musayevin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Rəşad Mahmudovun, şöbə rəislərinin, ixtisas kuratorlarının və həkimlərin peşəkar rəhbərliyi altında həyata keçirilir. Rezidentlər müasir tibbi avadanlıqlarla işləmək, beynəlxalq klinik protokollar əsasında qərarlar qəbul etmək, diaqnostika və müalicə prosesində iştirak etməklə nəzəri biliklərini praktik təcrübə ilə birləşdirirlər.
Hazırda Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlər Ümumi Cərrahiyyə şöbəsində, Ürək-Damar Cərrahiyyəsi, Mama-ginekologiya, Kardiologiya, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya, Laboratoriya, Travmatologiya və Ortopediya, Pediatriya, Radiologiya, Fizioterapiya, Urologiya və Poliklinika şöbələrində fəaliyyət göstərərək, müasir tibbin tələblərinə uyğun bilik və bacarıqlarını təkmilləşdirir, peşəkar inkişaf yolunda mühüm addımlar atırlar.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim heyəti və kuratorlarının rəhbərliyi ilə həyata keçirilən bu təhsil prosesi həkim-rezidentlərin peşəkar inkişafına, klinik düşüncə tərzinin formalaşmasına və gələcəkdə ölkəmizdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə zəmin yaradır.
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan birinci kurs həkim-rezidentləri təbrik edir, onların gələcək peşəkar fəaliyyətlərində uğurlar, daim yüksəliş və nailiyyətlər arzulayırıq!
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654