TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, TƏBİB-in struktur bölmə rəhbərləri, müxtəlif tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin rəhbər əməkdaşları, cərrah və anestezioloqları iştirak ediblər.
Konfransda çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qlobal sağlamlığın ayrılmaz tərkib hissəsi olan cərrahiyyənin cari vəziyyəti, vacibliyi, dayanıqlığı və sosial aspektlərinə toxunub.
V.Qurbanov qeyd edib ki, son onilliklərdə dünya səhiyyə sistemində böyük irəliləyişlər əldə olunsa da, bu nailiyyətlər ədalətli bölüşdürülməyib: “Dünyada hələ də 5 milyarddan çox insan ehtiyac yarandıqda təhlükəsiz, əlçatan cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur. Belə ki, hər il 33 milyon insan cərrahi xidmətlər ucbatından böyük xərclərlə üzləşir. Vaxtında müalicə oluna bilən appendisit, yırtıq, sınıq, ağır doğuşlar, anadangəlmə qüsurlar, süd vəzi və uşaqlıq boynu xərçəngi kimi hallarda gecikmə həyati riskləri artırır. Bu reallıq bizə göstərir ki, cərrahiyyə sadəcə klinik xidmət deyil, həm də ictimai sağlamlıq məsələsidir”.
İcraçı direktor bildirib ki, icbari tibbi sığortanın yenilənən Xidmətlər Zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Eyni zamanda, bu cərrahi əməliyyatlara həyati, vacib, əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar daxildir. Bu gün ölkəmizdə dövlət tibb müəssisələrində də yüksək keyfiyyətli və təhlükəsiz şəkildə orqan transplantasiyası icra olunur. “Bizim hədəfimiz 2030-cu ilə qədər ölkəmizin hər bir regionunda cərrahi və anestezioloji xidmətləri inkişaf etdirmək, ən mürəkkəb cərrahi əməliyyatları region əhalisi üçün əlçatan etməkdir”, – deyə o əlavə edib.
Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək, rayon səhiyyəsinin inkişafı istiqamətində görülən işləri, yenilikləri yüksək qiymətləndirib və layihənin region üçün vacibliyindən danışıb.
TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublu “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – cərrahi hədəflər” mövzusunda çıxış edərək, konfrans iştirakçılarına yol xəritəsinin əhəmiyyəti, məqsəd və vəzifələri barədə geniş məlumat verib. “Zəruri, təhlükəsiz, əlçatan cərrahi və anesteziya xidmətinin qiymətləndirilməsi üçün əsas indikatorların müəyyən edilməsi və bu indikatorlar üzrə real hədəflərə çatmaq gələcək illər üzrə prioritetlərimizi təyin edir”, – deyə V.Yaqublu qeyd edib.
TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – anestezioloji hədəflər” mövzusunda çıxış edərək, yol xəritəsinin anestezioloji aspektdən əhəmiyyətini vurğulayıb. “Qlobal cərrahiyyə 2030” beynəlxalq konsepsiyası üzrə nəzərdə tutulan zəruri cərrahi və anestezioloji proseduraların siyahısının ölkəmizdə də beynəlxalq standartlara çatdırılması əhalinin tibbi xidmətlərə əlçatanlığı istiqamətində əhəmiyyətli rol oynayacaq” – deyə, o bildirib.
Daha sonra Yeni Klinikanın direktor müavini Eldar Əhmədov “Region xəstəxanalarında cərrahi ağırlaşmaların müalicəsi və profilaktikasının təşkili: tibb müəssisələri ilə koordinasiya və əməkdaşlıq” mövzusunda çıxış edib. Qeyd edib ki, müxtəlif regionlarda yerləşən tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı, təcrübə mübadiləsi və düzgün koordinasiyası pasiyentlərdə yarana biləcək cərrahi ağırlaşmaların faizini aşağı endirəcək.
Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov çıxışında təhlükəsiz cərrahiyyədə beynəlxalq təcrübənin əhəmiyyətindən bəhs edib. “Təhlükəsiz cərrahiyyədə resursların düzgün istifadə olunması, mütəmadi monitorinq və hüquqi normativ sənədlərin hazırlanması mühüm əhəmiyyət daşıyır”, – deyə R.Qasımov vurğulayıb.
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov minimal invaziv cərrahiyyənin müasir metodlarından və əhəmiyyətindən danışıb. “Minimal invaziv cərrahiyyənin metodları əməliyyat travmasını azaldır, xəstələrin xəstəxanada qalma müddətini qısaldır və sağalma prosesini sürətləndirir. Regionlarda bu texnologiyaların tətbiqi yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqlarla təchizata və ixtisaslaşmış cərrahi mərkəzlərin inkişafına təkan verir”, – deyə Q.Müslümov əlavə edib.
Mərkəzi Klinikanın Cərrahiyyə Mərkəzinin rəhbəri Zaur Xəlilov çıxışında bildirib ki, təcili cərrahiyyədə “Xəsər kontrolu” (Damage Control Surgery) xəstənin həyati vacib funksiyalarını qorumaq məqsədilə həyata keçirilən minimal, lakin həyati əhəmiyyətli cərrahi müdaxilə prinsipidir və diqqətdə saxlanmalı əsas məqamlardandır.
Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov bildirib ki, mentor həkim konsepsiyasının gücləndirilməsi mütəxəssis çatışmazlığının qısamüddətli həll yollarından biridir.
Konfransın sonunda Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurasının yaradılmasına qərar verilib.
Şuranın ildə bir dəfə tam tərkibdə “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə” növbəti konfransda toplanması planlaşdırılır.
Sonda konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyasının tarixi binası ilə tanış olublar.
Qeyd edək ki, konfransların ildə bir dəfə olmaqla, regionlarda keçirilməsi nəzərdə tutulur.
-
Maternal sağlamlıq və hamiləlik ağırlaşmaları üzrə multidissiplinar konfrans keçiriləcəkƏn çox oxunanlar14 Aprel 2026310
-
Mütəxəssislər süd vəzi xərçənginin diaqnostikasına dair canlı praktik məşğələdə bir araya gəldilərƏn çox oxunanlar21 Aprel 2026218
-
Ana sağlamlığına və gələcəyə vurulan ağır zərbə - Selektiv abortƏn çox oxunanlar18 Aprel 2026204
-
Qida borusu və mədə xərçəngində Azərbaycan və Türkiyə həkimlərinin təcrübə mübadiləsi yeni mərhələ açırƏn çox oxunanlar20 Aprel 2026204
-
Talassemiyasız həyat naminə könüllü qanvermə aksiyasıƏn çox oxunanlar14 Aprel 2026202
-
Körpələr evi işçilərinin əməkhaqları artırıldıƏn çox oxunanlar16 Aprel 2026198
-
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyasıƏn çox oxunanlar17 Aprel 2026182
-
Onkoloq mədə xərçəngində sağalma şansını artıran innovativ metodları sadaladıƏn çox oxunanlar20 Aprel 2026180
-
Katarakta əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırƏn çox oxunanlar17 Aprel 2026168
-
Təranə Tağı-zadə: Neyroinkişaf pozuntuları olan pasiyentlərin diaqnostika və reabilitasiyasında multidissiplinar komanda yanaşması olduqca zəruridirƏn çox oxunanlar22 Aprel 2026164
-
D vitamini səviyyəsinin optimal həddə saxlanılması gələcəkdə demensiya riskindən qoruyurƏn çox oxunanlar22 Aprel 2026164
-
Gələcəyin sağlamlığını birlikdə quraq! - “Qadın Sağlamlığı Mərkəzi” İctimai BirliyiƏn çox oxunanlar15 Aprel 2026160
-
AMEA-da ABŞ-ın qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndələri ilə görüşƏn çox oxunanlar16 Aprel 2026160
-
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilibƏn çox oxunanlar16 Aprel 2026160
-
15 aprel – Ekoloji Bilik GünüdürƏn çox oxunanlar15 Aprel 2026156
-
Akademik Zərifə xanım Əliyevanın anım günündə aksiyaƏn çox oxunanlar16 Aprel 2026154
-
17 Aprel – Ümumdünya Hemofiliya GünüƏn çox oxunanlar17 Aprel 2026142
-
Regenerativ təbabətin müasir səhiyyə sistemində əhəmiyyəti müzakirə edilibƏn çox oxunanlar20 Aprel 2026140
-
Öd yolları və pankreas xəstəliklərində minimal invaziv inqilabi üsuldurƏn çox oxunanlar15 Aprel 2026138
-
Səhər süfrəsinin qızıl qaydasıƏn çox oxunanlar17 Aprel 2026136