Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin illik iş planına uyğun olaraq payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski yüksəldiyi üçün əhali arasında qrip əleyhinə vaksinasiya işləri həyata keçirilir.
Azmedinfo.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu peyvənd xüsusilə 65 yaşdan yuxarı şəxslərə, 6 aydan böyük uşaqlara, xroniki xəstəlikləri olanlara və hər gün xəstələrlə təmasda olan səhiyyə işçilərinə tövsiyə edilir. Çünki bu qruplar qrip virusuna yoluxduqda ağır fəsadlarla üzləşmə ehtimalı daha yüksək olur.
Qrip əleyhinə peyvənd həm fərdi sağlamlığın qorunmasına, həm də infeksiyanın cəmiyyətdə yayılmasının qarşısının alınmasına xidmət edir. Mütəxəssislər bildirirlər ki, vaxtında peyvənd olunmaqla həm xəstələnmə riski azalır, həm də toplumda virusun sürətlə yayılmasının qarşısı alınır. Peyvənd olunmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə uşaq və böyüklərə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, qrip əleyhinə vaksinasiya könüllülük əsasında həyata keçirilir.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668