Kardiologiya və lipidologiya sahəsində aparıcı mütəxəssislərin iştirakı ilə “Ateroskleroz və Dislipidemiyanın İdarəolunması: Çağdaş Yanaşmalar və Perspektivlər” Ekspertlər Forumu keçirildi. Forum Azərbaycanda Lipid Məktəblərinin yaradılması təşəbbüsünün ilk rəsmi iclası olmaqla xüsusi əhəmiyyət kəsb etdi.
Azmedinfo.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru, professor Gülnaz Dadaşovanın açılış nitqi ilə başladı. Professor çıxışında lipidologiya sahəsində yeni mərhələnin başlandığını vurğulayıb: "Lipid Məktəblərinin açılması ölkədə erkən diaqnostika, həkim təlimi və əhali maarifləndirilməsi sahəsində dönüş nöqtəsi olacaq.”
Açılış nitqindən sonra Forumun əsas qonağı Avropa lipidologiyasının aparıcı simalarından biri, professor Alberico L. Katapano (İtaliya) çıxış edib. Alim dünya miqyasında tanınmış tədqiqatçı, Avropa Ateroskleroz Cəmiyyətinin keçmiş prezidenti, EAS/ESC dislipidemiya üzrə klinik təlimatlarının həmmüəllifi, lipid metabolizmi, ateroskleroz patogenezi, PCSK9 inhibitorları və lipoprotein(a) üzrə aparıcı araşdırmaların müəllifi kimi tanınır. Onun elmi nüfuzu və beynəlxalq təcrübəsi Lipid Məktəblərinin yaradılması prosesinə xüsusi strateji dəyər qatır. Professorun rəhbərlik etdiyi yanaşmalar Avropada lipid idarəetməsinin qızıl standart sayılır və bu biliklərin Azərbaycanda tətbiqi milli kardiovaskulyar risklərin idarə edilməsində yeni mərhələnin əsasını qoyur.
1-ci Plenar Müzakirə çərçivəsində ETKİ-nin elmi katibi, t.ü.f.d. Təranə Cavadova ölkədə lipid xidmətinin təşkili və Milli Lipid Xəritəsi Təşəbbüsü barədə geniş təqdimatla çıxış edib.
Daha sonra həkim-kardioloq, t.ü.f.d. Ruslan Nəcəfov, prof. Valeh Mirzəzadə, Dr. Gülşən Süleymanova və Dr. Fuad Səmədovun aterosklerotik ürək-damar xəstəliklərinin qlobal yükü, şəkərli diabet və dislipidemiya ilə bağlı müasir multiborbidlik yanaşmaları, aterosklerozun qeyri-invaziv görüntülənməsində innovativ həllər, lipid metabolizminə genetik yanaşmalar və fərdiləşdirilmiş tibbin imkanları mövzularında məruzələri dinlənilib.
Dialoq bölməsində PCSK9 inhibitorları, siRNA texnologiyası, lipoprotein(a) və digər müasir müalicə hədəfləri üzrə interaktiv müzakirələr aparılıb. Forum təkcə elmi fikir mübadiləsi deyil, həm də Azərbaycanda Lipid Məktəblərinin fəaliyyətinə rəsmi başlanğıcı elan edən ilk tədbir kimi qiymətləndirilib. İrəli sürülən təşəbbüslər kardiovaskulyar risklərin azaldılması, lipid pozğunluqlarının erkən aşkarlanması və həkimlərin müasir biliklərlə təchiz olunması istiqamətində yeni imkanlar yaradıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654