Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti Pekində bir sıra görüşlər keçirib.
Azmedinfo.az xəbər verir ki, Çin Xalq Respublikasının Ənənəvi Çin Təbabəti Milli Administrasiyasının rəhbərliyi ilə görüşdə Ənənəvi Çin Təbabətinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan və Çin arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu vurğulanıb və gələcək əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olunub.
Azərbaycan nümayəndə heyəti Pekin Çin Təbabəti Universitetinin klinikasının fəaliyyəti ilə də tanış olub. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov və Pekin Çin Təbabəti Universitetinin rektoru Tang Zhishu arasında görüş keçirilib və Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Pekin Universiteti Tibb Elmləri Mərkəzində keçirilən görüşdə davamlı tibbi təhsil, elmi tədqiqatlar, rezident və müdavim mübadiləsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər birgə işçi qrupunun yaradılması və gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəliblər.Pekin Universiteti Xalq Xəstəxanasında keçirilən görüşdə xəstəxananın səhiyyə idarəçiliyi modeli, tibb xidmətlərinin təşkilində şaxələnmə mexanizmləri və travmatologiya sahəsi ilə tanışlıq baş tutub.
Keçirilən görüşlər Azərbaycan və Çin arasında tibbi təhsil, ənənəvi təbabət və səhiyyənin təşkili sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654