Yeni Radiologiya şöbəsinin personel hazırlığı və beynəlxalq əməkdaşlıq müzakirə edildi
28 Noyabr 2025
492
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yeni açılmış Radiologiya (Angioqrafiya) şöbəsinin fəaliyyət planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Azmedinfo.az xəbər verir ki, iclasda institutun direktoru, professor Gülnaz Dadaşova açılış sözü ilə çıxış edərək gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
İclas zamanı yeni yaradılmış Angioqrafiya şöbəsinin fəaliyyəti, şöbədə quraşdırılmış müasir tibbi avadanlıqlardan istifadə qaydaları və tibb personalının işləmə bacarıqlarının artırılması ətraflı şəkildə nəzərdən keçirilib. Avadanlıqların istismar prosesində tələb olunan praktiki bacarıqlar və personalın hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
İclasda həmçinin Ankara şəhərindən dəvət olunmuş tibb bacılarının iştirakı ilə keçiriləcək təlim prosesi də müzakirə olunub. Qeyd edilib ki, Ankara Universiteti Tibb Fakültəsinin İbn-i Sina Xəstəxanasında çalışan əməliyyatxana məsul tibb bacısı Merve Erdoğan Erener və Hacettepe Universiteti Yetkinlər Xəstəxanasının tibb bacılığı xidmətləri müdiri müavini Özlem Pınar üç gün müddətində Angioqrafiya şöbəsində fəaliyyət göstərən tibb bacıları üçün müasir angioqrafik avadanlıqlardan istifadə ilə bağlı praktiki təlimlər keçirəcəklər. Hər iki xəstəxananın nümayəndələrinin iştirakı ilə təlim proqramı, əməkdaşlıq çərçivəsi və şöbə personalı ilə birgə praktiki iş planı da təsdiqlənib.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının institutda yeni seçilmiş gənc üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654