TƏBİB-in nümayəndə heyəti Qazaxıstanda keçirilən tibbi turizm sərgisində
28 Noyabr 2025
500
TƏBİB-in nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan “GlobalMedKZ” - Qlobal Sağlamlıq, İnnovasiya və Tibbi Turizm Sərgisi və Konqresində iştirak edib.
Azmedinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi regionda tibbi turizmin inkişafı, səhiyyə sahəsində innovasiyaların təşviqi və ölkələrarası əməkdaşlığın gücləndirilməsidir.
Sərgidə müxtəlif ölkələrin səhiyyə qurumları, klinikaları, tibbi turizm təşkilatları və beynəlxalq tərəfdaşlar iştirak ediblər.
Tədbirdə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli və şöbənin baş məsləhətçisi Aysel Məhərrəmova Azərbaycanın tibbi turizm potensialının Qazaxıstan bazarında tanıdılması, səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq mexanizmlərinin müzakirəsi və iki ölkə arasında tibbi xidmətlərin təşkili üzrə əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra görüşlər keçiriblər.
Görüşlərin əsas məqsədi Qazaxıstandan Azərbaycana tibbi turist axınının artırılması, tibbi agentliklər və tibb müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə arasında sağlamlıq xidmətlərinin mübadiləsinin gücləndirilməsi olub.
Tədbir çərçivəsində, həmçinin Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikanın imkanları, müasir tibbi xidmətləri, eləcə də yeni yaradılan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyəti barədə məlumatlar təqdim edilib.
Görüşlər zamanı tibbi turizmin inkişafı, pasiyentyönümlü xidmətlərin təşkili, həkimlərarası peşəkar əlaqələrin gücləndirilməsi və gələcək birgə layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Sərgi çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfiri cənab Ağalar Atamoğlanov ilə görüşüb.
Görüş zamanı səfirlik tərəfindən iki ölkə arasında tibbi turizmin inkişafına dəstək göstərilməsi, Qazaxıstan klinikaları və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də gələcək birgə təşviqat fəaliyyətlərinin həyata keçirilməsi istiqamətində imkanlar müzakirə olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654