Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) verdiyi məlumata görə, hazırda Azərbaycanın müxtəlif bölgələrində bir sıra ixtisaslar üzrə tibbi personal, xüsusilə də həkim çatışmazlığı müşahidə olunur. Bu çatışmazlıq hər bölgədə fərqli ixtisasları əhatə edir.
Azmedinfo.az xəbər verir ki, məlumata görə, şimal regionları anestezioloq-reanimatoloq, ginekoloq, travmatoloq, radioloq, neyrocərrah, nevroloq, infeksionist, otorinolarinqoloq, nefroloq və ailə həkimi kimi mütəxəssislərə ehtiyac duyur. Cənub regionlarında isə anestezioloq-reanimatoloq, endokrinoloq, kardioloq, nefroloq, neonatoloq, travmatoloq, radioloq, infeksionist, pediatriya, nevroloq və ailə həkimi ixtisaslarında boşluqlar qeydə alınıb.
Bundan əlavə, qərb regionlarında cərrahiyyə, nefroloq, qastroenteroloq, travmatoloq, reanimatoloq, dermatoveneroloq və ailə həkimi, şərq regionlarında ginekoloq, reanimatoloq, neonatoloq, oftalmoloq, cərrahiyyə və ailə həkimi ixtisasları əsas çatışmazlıq sahələridir. Mərkəzi Aran regionlarında isə anestezioloq-reanimatoloq, radioloq, oftalmoloq, nefroloq, travmatoloq, cərrahiyyə, kardioloq, terapiya, pediatriya və neonatoloq sahələri üzrə həkim çatışmazlığı mövcuddur.
TƏBİB bildirir ki, bölgələrdəki bu kadr ehtiyacının aradan qaldırılması üçün daimi işlər həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, işə qəbul prosesi tamamilə rəqəmsallaşdırılıb. Qurumun tabeliyindəki tibb müəssisələrində olan bütün vakant iş yerləri elektron portal üzərindən namizədlərə şəffaf şəkildə təqdim edilir və beləliklə, onların mövcud vakansiyalara müraciət etmək hüququ təmin olunur.
Qeyd olunur ki, hazırda TƏBİB-in tabeliyində 91 publik hüquqi şəxs və 2701 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə ümumilikdə 93 min 64 işçi, o cümlədən 16 min 923 həkim çalışır. Həmin heyətin 8 faizi xaricdə təhsil almış mütəxəssislərdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654