Yeni Klinikada Antimikrob Rezistentliyə (AMR) Qarşı Maarifləndirmə Həftəsi çərçivəsində təlim keçirilib
03 Dekabr 2025
566
18–24 noyabr Antimikrob Rezistentliyə (AMR) Qarşı Maarifləndirmə Həftəsi çərçivəsində Yeni Klinikada üçgünlük maarifləndirici təlim proqramı təşkil edilib.
Azmedinfo.az xəbər verir ki, infeksiyaya nəzarət bölməsinin müdiri Mədinə Abdullayevanın rəhbərliyi ilə həyata keçirilən təlimdə həkim-rezidentlər və tibb bacıları iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılara AMR-in mahiyyəti, yaranma səbəbləri, yayılma mexanizmləri və bu problemin qlobal miqyasda yaratdığı təhlükələr barədə geniş məlumat verilib. Təlimdə antimikrob rezistentliyin sürətlə inkişaf edən, mövcud müalicə vasitələrinin effektivliyini azaldan və ictimai sağlamlıq üçün ciddi təhlükə yaradan qlobal problem olduğu vurğulanıb.
Antimikrob dərmanların yanlış istifadəsi, infeksiyaların qeyri-effektiv müalicəsi və nəzarətsiz dərman qəbulu AMR-in yayılmasını sürətləndirən əsas faktorlar kimi qeyd edilib. Həmçinin bildirilib ki, təbii fəlakətlər, münaqişələr və müharibələr kimi qlobal proseslər infeksiyaların yayılma dinamikasına təsir etməklə AMR-in inkişaf tempini daha da artırır.
Təlim zamanı AMR-in yalnız səhiyyəyə deyil, həm də qida təhlükəsizliyinə ciddi təsir göstərdiyi diqqətə çatdırılıb. Antimikrobial rezistentlik ərzaq zəncirinə sirayət edərək heyvan, bitki və insan sağlamlığına təsir edir, bu isə kənd təsərrüfatında iqtisadi itkilərə səbəb olur.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, AMR-in dünya üzrə artan təhlükə olması səbəbindən ÜST hər il 18–24 noyabr tarixlərini Antimikrob Rezistentliyə Qarşı (AMR) Maarifləndirmə Həftəsi kimi qeyd edir və ölkələri bu istiqamətdə maarifləndirmə tədbirlərinə dəstək verməyə çağırır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654