Yeni Hemodializ şöbələri fəaliyyətə başlayacaq
10 Dekabr 2025
722
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müayinə və müalicə prosesi, habelə onların hemodializlə təmin olunması istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam edir.
Azmedinfo.az TƏBİB-ə istinadən yazır ki, hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur. Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilir. Ümumilikdə tabeli tibb müəssisələrində 4200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin olunur.
Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu məqsədlə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir.
Əhaliyə göstərilən tibbi xidmət göstəricilərinin yaxşılaşdırılması və mövcud tələbatın qarşılanması məqsədilə TƏBİB tərəfindən hemodializ şöbələrinin sayının artırılması istiqamətində nəzərdə tutulan tədbirlərin icrası ardıcıl şəkildə həyata keçirilir.
Xatırladaq ki, dializ xidmətlərinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən mühüm addımlardan biri 2023-cü ildə bu xidmətlərin təşkilinə və inkişafına nəzarəti təmin edən komissiyanın yaradılmasıdır. Komissiya ölkədə dializ sahəsində bütün çatışmazlıqların vaxtında həll edilməsi, sözügedən şöbələrin müasir standartlara uyğunlaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə müvafiq işlər görür.
Hazırda komissiya hər həftənin ikinci günü TƏBİB tərəfindən müəyyən olunmuş tibb müəssisəsi – Kliniki Tibbi Mərkəzdə təşkil olunur. Hemodializ xidmətinə ehtiyacı olan hər bir vətəndaş həkim rəyi əsasında müvafiq laborator və instrumental müayinə nəticələri ilə bu komissiyaya müraciət edə bilər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654