Azərbaycanın ilk beynəlxalq ingilis dilli, beynəlxalq redaksiya və rəyçilərə malik, DOI ilə indekslənmiş kardiologiya jurnalı olan “Journal of Heart Disease and Therapy” artıq 3-cü nömrəsini təqdim edib. Jurnal Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənmişdir və dövrinəşriyyat siyahısına daxil olunmuşdur.
Azmedinfo.az xəbər verir ki, təqdimat mərasimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilib. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, həmçinin, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını salamlayaraq jurnalın əhəmiyyətindən danışmışlar.
Professor Gülnaz Dadaşova çıxışında jurnalın Azərbaycan kardiologiyasının beynəlxalq elmi arenada tanıdılmasında əhəmiyyətini vurğulayaraq, jurnalın tibb elmi və klinik təcrübənin inkişafına töhfə verəcəyini qeyd edib: “Bu jurnal yalnız yerli alimlər üçün deyil, eyni zamanda beynəlxalq kardiologiya ictimaiyyəti üçün də qiymətli bir platformadır. Biz burada biliklərimizi paylaşır, yeni araşdırma istiqamətlərini müəyyən edirik, təqdirəlayiq haldır ki jurnalın redaksiya heyətinə Avropa, Asiya və Azərbaycanın aparıcı kardioloqları bir araya gəlib”.
Tədbirdə həmçinin professor Alberico Katapone, professor, Dr. Ziviad Kipiani iştirak edərək jurnalın beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər və gələcək birgə layihələrin perspektivlərindən danışmışlar.
Jurnalın təqdimatını həyata keçirən t.ü.f.d. Vüsal Hacıyev 3-cü nömrənin məzmunu, aktual mövzuları və gələcək planları barədə geniş məlumat verib, beynəlxalq mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində jurnalın mövcud elmi nailiyyətləri, araşdırma sahələri və kardiologiya elminin inkişafına töhfəsi geniş şəkildə təqdim olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654