“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) birgə təşkilatçılığı ilə baş tutub.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Simpoziumu giriş sözü ilə açan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, BTMA İdarə Heyətinin üzvü, professor Fuad Sərdarlı tədbirin region üçün əhəmiyyətini vurğulayıb, böyrək transplantasiyasının xroniki böyrək xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd edib.
Şamaxı RMX-nin direktoru Natiq Əliyev çıxışında regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafının əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirdiyini bildirib. O, ölkədə orqan transplantasiyası sahəsində həyata keçirilən islahatların, xüsusilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılmasının bu sahədə şəffaflıq və effektivliyi artırdığını diqqətə çatdırıb.
BTMA-nın İdarə Heyətinin sədri tibb elmləri doktoru Rəşad Şolan çıxış edərək, 2025-ci ilin fevral ayında ölkədə ilk dəfə meyitdən orqan transplantasiyası əməliyyatının icra olunmasını Azərbaycan səhiyyəsi üçün tarixi hadisə kimi dəyərləndirib. O, orqan donorluğu ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Simpozium çərçivəsində “Beyin ölümü” və “Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” mövzularında panel iclasları keçirilib. Məruzələrdə beyin ölümünün müasir diaqnostikası, orqan donorluğunun hüquqi əsasları, diabetik nefropatiya, böyrək transplantasiyasında mürəkkəb klinik hallar və müasir müalicə strategiyaları ətraflı müzakirə olunub.
Tədbirdə, həmçinin böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələr çıxış edərək, həkimlərə göstərilən tibbi yardıma görə təşəkkürlərini bildiriblər. Simpoziumun sonunda bir qrup həkim ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü müraciət etdiklərini bəyan edərək, bu sahədə ictimai məsuliyyətin artırılmasına çağırış ediblər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261100
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654