İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusundaəczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib.
Azmedinfo.az xəbər verir ki, Agentliyin məlumatın görə, görüşdə iştirakçılara ambulator şəraitdə dərman təminatının prinsipləri, tətbiq mexanizmləri və prosesin təşkilinə dair əsas məqamlar barədə məlumat verilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayevabildirib ki, ambulator dərman təminatının icbari tibbi sığorta çərçivəsində effektiv təşkili və davamlılığının təmin edilməsi üçün bütün maraqlı tərəflərlə açıq dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər tətbiq olunan mexanizmlərin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və vətəndaşların dərmanlara əlçatanlığının daha da yaxşılaşdırılmasına xidmət edir.
Daha sonra Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarınınvə tibbvasitələrininXidmətlər Zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası” haqqında geniş məlumat təqdim edib.Bildirilib ki, dərman vasitələri bir sıra meyarlara əsasən Xidmətlər Zərfinə daxil edilir: son 5 ildə əhalinin ölüm və ya əlillik faizi yüksək olan xəstəliklərin müalicəsində istifadə olunması, sübutlu təbabət prinsiplərinə uyğun olaraq effektiv və təhlükəsiz olması, eləcə də inkişaf etmiş ölkələrin sığorta təminatında yer alması.
“Şərti kompensasiya məbləğinin hesablanması”təqdimatında isə iştirakçılara kompensasiyamexanizmi, hesablamaların aparılması qaydası və tətbiq mərhələləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları” mövzusunda müzakirə aparılıb. Bu zaman dərman vasitələrinin pozitiv siyahıya əlavə olunması üçün tələb olunan kriteriyalar, qiymətləndirmə prosesi və qərarvermə ardıcıllığı haqqında danışılıb.
E.Quliyev bildirib ki, dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi zamanı əsas məqsəd tibbi effektivliyi sübut olunmuş, iqtisadi baxımdan səmərəli və pasiyent ehtiyaclarına cavab verən preparatların seçilməsidir. Onun sözlərinə görə, qiymətləndirmə prosesi müəyyən olunmuş meyarlar əsasında, şəffaf və ardıcıl şəkildə aparılır və qəbul edilən qərarlar səhiyyə sisteminin ümumi dayanıqlığına xidmət edir.
Görüşün sonunda ambulator dərman təminatı ilə bağlı praktiki məsələlər çərçivəsində “Müqavilələrin bağlanılması” mövzusu təqdim edilib. Müqavilələrin hazırlanması, tənzimlənməsi, tərəflərin öhdəlikləri və prosesin mərhələləri iştirakçıların diqqətinə çatdırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026810
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026778
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654