ATU-nun Rezidentura və magistratura şöbəsi və Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “İnsulin pompası” mövzusunda seminar keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirin moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov davamlı tibbi təhsilin əhəmiyyətindən danışıb və seminarın mövzusunu diqqətə çatdırıb. Dünya miqyasında, o cümlədən Azərbaycanda şəkərli diabetin geniş yayıldığını və müalicəsinin vacibliyini qeyd edib: “Diabet, bədənin qlükozanı enerji üçün istifadə etməsində problem yaşanan maddələr mübadiləsi xəstəliyidir, bu ya insulinin çatışmazlığı, ya da bədənin insulindən səmərəli istifadə edə bilməməsi səbəbindən baş verir. Diabet dünya üzrə geniş yayılmış ciddi sağlamlıq problemidir”.
Seminarda çıxış edən Daxili xəstəliklər kafedrasının rezidentlər üzrə məsul şəxsi, həkim-endokrinoloq, assistent Könul İsmayılova mövzunun aktuallığına toxunaraq bildirib ki, insulin pompası gələcəyin texnologiyalarından biridir: “Xəstələrin insulin pompasından düzgün istifadə qaydaları ilə bağlı maarifləndirilməsi hipoglikemiya və ketoasidoz riskinin, xüsusilə I tip şəkərli diabetli xəstələrdə azalmasına imkan yaradır. Bu isə insulindən asılı şəkərli diabet xəstələrinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına xidmət edir. Şəkərli diabet qanda qlükoza səviyyəsinin daimi nəzarətdə saxlanılmasını tələb edən xroniki xəstəlikdir və bu, həyat keyfiyyətinə və gözlənilən ömür uzunluğuna birbaşa təsir göstərir. Məhz buna görə insulin pompalarının tibbi praktikaya tətbiqi pasiyentlərin həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır və yaxşılaşdırır”.
Bundan sonra I kurs rezidenti Reyhan Əşrəfova mövzu üzrə məruzə ilə çıxış edərək insulin pompasının üstün və mənfi cəhətlərinə aydınlıq gətirib. Məruzəçi tərəfindən insulin pompalarının müxtəlif növləri təqdim olunub, bu müalicə üsulunun daha çox hansı pasiyentlər üçün uyğun olduğu, eləcə də insulin pompasından düzgün istifadə qaydaları izah edilib. Rezident müasir dövrdə mövzunun aktuallığını və tibbi texnologiyaların sürətli inkişafını xatırladaraq, insulin pompasının mahiyyəti, iş prinsipi, bu cihazın üstünlükləri və çatışmazlıqları haqqında ətraflı məlumat verib.
Diskussiya şəraitində keçən seminarda klinikanın baş həkimi Fəridə Hacıyeva, şöbə müdiri Səbinə Məşədiyeva, eləcə də endokrinologiya sahəsi üzrə həkimlər, rezidentlər, tələbələr və tədqiqatçılar iştirak ediblər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142