Orqan ianəsi 12 yaşlı oğlanın gözlərinə işıq bəxş etdi
18 Dekabr 2025
1036
Kornea donorluğu görmə qabiliyyətini itirmiş insan üçün dünyanı yenidən görmək, rəngləri və işığı tanımaq deməkdir. Kornea- buynuz qişa yalnız dünyasını dəyişmiş şəxslərdən köçürülür. Mərhəmət, humanizm dünya işığından məhrum olan insana, həsrətində olduğu işığı bəxş edə bilər.
Azmedinfo.az-a verilən məlumata göprə, kornea donorluğu 12 yaşlı Göyçay sakini İslamzadə Röyalın dünyasını işıqlandırıb. Hələ 1 yaşında olanda anadangəlmə görmə problemi səbəbindən onun heç görmədiyi bəlli olub.
Sonradan bir neçə dəfə əməliyyat olunsa da, görmə qabiliyyəti yalnız qısa müddət bərpa edilib. Yenidən görmə qabiliyyətini itirən uşağı müayinə edən həkimlər bildiriblər ki, artıq adi əməliyyatlar kömək edə bilməz və yeganə çıxış yolu buynuz qişa transplantasiyasıdır.
Ailə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib. Röyal gözləmə siyahısına daxil edilib. Günlərin birində isə çoxdan gözlənilən zəng gəlib: “Dünyasını dəyişmiş şəxsin ailəsi buynuz qişa bağışlayıb. Gözləmə siyahısında sizin növbəniz çatıb, müayinələr üçün gələ bilərsiniz".
Ailə dərhal Bakıya yola düşüb. Bütün müayinələr aparıldıqdan sonra Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda buynuz qişa transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Dörd gün sonra xəstəxananın yeməkxanasında stulların rənginin fərqinə varan Röyal həyəcanla deyib: “Stulların rənglərini görürəm. Biri narıncıdır, biri göy..."
Bu sözlər valideynlərə çoxdan həsrətində olduqları sevinci yaşadıb. Röyalın özünün xoşbəxtliyini də sözlə ifadə etmək çətindir. O, indi hərfləri öyrənir, hər gün dünyanı bir az da yaxından tanıyır, yeni bir detal kəşf etməyin sevincini yaşayır. Bir vaxtlar yalnız səsindən tanıdığı əşyalar indi onun üçün rəngə, formaya, mənaya çevrilir. Ən önəmlisi isə, Röyal artıq heç kimin köməyi olmadan sərbəst yeriyir, əşyaları özü tapır, toxunur, baxır, seçir.
"Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi- Tədqiqat İnstitutuna təşəkkürümüz sonsuzdur. Həkimlərimizlə fəxr edirik"- deyən ailə Röyalın dünyasını işıqlandıran Azərbaycan səhiyyəsinə minnətdarlığını ifadə edir. Onlar donor ailəsinin xeyirxahlığını heç vaxt unutmayacaqlarını, orqan ianəsi sayəsində dünya işığına həsrət Röyalın həyata bağlandığını və həyatı sevməyi öyrəndiyini bildirirlər.
Başqa insanların dünyasını işıqlandırmaq insanın ölümdən sonra da edə biləcəyi ən böyük xeyirxahlıqdır. Ölümdən sonra donor olmaqla bir- birimizə həyat, ümid və işıq bəxş edə bilərik.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026810
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026778
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654