Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə XIV Milli Kardiologiya Tədbiri keçirilib. Tədbir üç gün davam edib və təxminən 600 həkim və səhiyyə mütəxəssisi iştirak edib.
Azmedinfo.az xəbər verir ki, konqresin ikinci günü Azərbaycan Kardiologiya Cəmiyyətinin növbəti dövr üçün Sədri və İdarə Heyətinin seçkisinə həsr olunub. Səsvermənin nəticələrinə əsasən, iştirakçıların 93%-nin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu, t.e.d. Yasmin Rüstəmova Cəmiyyətin sədri seçilib.
Bu nəticə onun peşəkar sahədəki nüfuzunun, həmkarları arasında etibarının və kardiologiya sahəsindəki uzunmüddətli elmi və praktik fəaliyyətinin göstəricisidir. Seçkilər zamanı Y.Rüstəmovanın ölkədə və beynəlxalq arenada kardiologiyanın inkişafı, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, həmçinin həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətindəki töhfələri xüsusi qeyd olunub.
Tədbirin əsas məqsədi kardiologiyanın aktual problemlərinin müzakirəsi, müasir diaqnostika və müalicə yanaşmalarının paylaşılması, elmi bilik və təcrübə mübadiləsinin gücləndirilməsi və peşəkar həmrəyliyin artırılması olub. Konqresdə Türkiyə, Avropa və digər ölkələrdən dəvət olunmuş nüfuzlu xarici məruzəçilər iştirak edərək beynəlxalq təcrübə və yenilikləri bölüşüblər.
Tədbir çərçivəsində həmçinin Lipidologiya Kursu təşkil olunub. Kurs zamanı dislipidemiyaların müasir müalicə strategiyaları, lipid pozğunluqlarının kardiovaskulyar risklə əlaqəsi, beynəlxalq klinik tövsiyələr və real klinik praktikada tətbiq imkanları ətraflı şəkildə müzakirə edilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026810
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026778
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654