Azərbaycan–Belarus əməkdaşlığı çərçivəsində görüşlər keçirilib
19 Dekabr 2025
836
Belarusun Minsk Elmi-Praktiki Cərrahiyyə, Transplantologiya və Hematologiya Mərkəzinin Tibbi işlər üzrə direktor müavini, nefrologiya, böyrək əvəzedici terapiya və böyrək transplantasiyası üzrə Respublika Mərkəzinin rəhbəri, həkim-cərrah, tibb elmləri doktoru, professor Oleq Valentinoviç Kalaçik Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işi ilə yaxından tanış olmaq üçün Bakıya dəvət olunub.
Azmedinfo.az xəbər verir ki, Mərkəzin sədri Yeganə Abbasova ilə orqan donorluğu və transplantasiya sahəsində aparılan işləri müzakirə edən Kalaçik daha sonra Mərkəzin idarə heyətinin sədr müavini Günay Abbasova tərəfindən böyrək transplantasiyası həyata keçirən bir neçə xəstəxananın kollektivi ilə tanış edilib.
Bu görüşlərin əsas məqsədi gələcəkdə Azərbaycan və Belarus arasında orqan donorluğu və transplantasiya sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi olub.
Oleq Kalaçik Mərkəzi Klinikada baş həkim, ürək-damar cərrahı, professor Kamran Musayev, baş həkim yardımçısı, cərrah Zaur Xəlilov, transplantoloq-cərrah Tariyel Nadirov və digər mütəxəssislərlə görüşüb, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Ardınca DTX Hospitalında transplantasiya sahəsində çalışan həkimlərlə görüş keçirilib. Görüşdə DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev, xəstəxananın baş həkimi Kənan Əhmədov və elmi işlər üzrə direktor müavini, transplantologiya şöbəsinin müdiri Rəşad Şolan iştirak edib.
Səfərin sonunda belaruslu qonaq Mərkəzi Gömrük Hospitalında geniş tərkibli görüşə qatılıb. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, idarə rəisinin müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədr müavini Günay Abbasova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, cərrah-transplantoloqlar Mircəlal Kazımi, Kamran Beydullayev və nefroloq Elnur Fərəcov iştirak edib. Görüş zamanı böyrək transplantasiyası, nefrologiya, elmi-praktiki əməkdaşlıq, kadr hazırlığı və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Görüşlər səmərəli keçib və gələcəkdə Azərbaycan ilə Belarus arasında transplantasiya sahəsində əməkdaşlığın daha da möhkəmlənməsi üçün zəmin yaradılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026224
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142