Qarabağ Universitetində ailə həkimlərinin yetişdirilməsi və ilkin səhiyyə xidmətləri müzakirə olunub
24 Dekabr 2025
400
Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində “Səhiyyə müdafiəçiliyi praktikada: rollar, bacarıqlar və Azərbaycanın immunizasiya kontekstindən real nümunələr” mövzusunda panel müzakirə keçirilib.
Azmedinfo.az xəbər verir ki, Tibb və tibb bacısı (qardaşı) işi ixtisasları üzrə təhsil alan tələbələrin əhalinin sağlamlığının qorunması, immunizasiya xidmətlərinin təşkili, sahə səviyyəsində mövcud çağırışlar, eləcə də səhiyyə siyasəti ilə praktiki icra arasındakı əlaqələr barədə məlumatlandırılması məqsədi ilə təşkil olunan sessiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi ilə bağlı layihəsi haqqında da məlumat verilib.
Panel müzakirədə TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı spiker qismində çıxış edərək səhiyyə müdafiəçiliyinin müasir səhiyyə sistemlərində rolu, ilkin tibbi-sanitariya yardımının əhəmiyyəti və immunizasiya xidmətlərinin əhalinin sağlamlığının qorunmasında oynadığı strateji rol barədə ətraflı məlumat verib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin professoru Mehmet Akman və Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Zərif Teymurovanın da qatıldığı sessiyada ilkin tibbi-sanitariya yardımında mövcud vəziyyət, qarşıda duran əsas vəzifələr, immunizasiya xidmətlərinin təşkili, səhiyyə sistemində multidissiplinar yanaşmanın rolu və səhiyyə işçilərinin sağlamlığın müdafiəsindəki məsuliyyəti ətrafında geniş müzakirələr aparılıb.
Sonda Tibb və sağlamlıq elmləri fakültəsində yaradılan şəraitlə tanış olunub, gələcəkdə ailə həkimlərinin yetişdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654