Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay Şamaxı rayonunda xidmət göstərəcək
07 Yanvar 2026
498
TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay növbəlilik əsasında Şamaxı rayonunda xidmət göstərəcək.
Azmedinfo.az TƏBİB-ə istinadən yazır ki, regionlarda əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafın təşviqi, bölgə xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi və nəticə etibarilə Bakı şəhərinə olan pasiyent axınının azaldılması istiqamətində TƏBİB tərəfindən bu il də zəruri addımların atılması planlaşdırılır.
Ötən il icrasına başlanılan “Mentor Klinika” layihəsi də bu məqsədə xidmət edir. Region əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətə çıxışının genişləndirilməsi, səhiyyə resurslarından səmərəli istifadənin təmin edilməsi və tibb müəssisələri arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutan layihə 2026-cı ildə də davam etdiriləcək.
Layihə çərçivəsində bu ilin yanvar ayında Respublika Klinik Xəstəxanasının 40-dan çox həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərəcək.
Həkimlər tibb müəssisəsində kadr çatışmazlığı müşahidə olunan travmatoloq-ortoped, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostikası üzrə həkim, terapevt, mama-ginekoloq və d. ixtisasları əhatə edəcək.
Hər həftə təxminən 10 həkim öz ixtisası üzrə tibbi xidmət göstərəcək, bilik və bacarıqlarını bölgə xəstəxanalarında çalışan tibb personalı ilə bölüşəcək, xidmət keyfiyyətinin artırılmasına və region əhalisinin sağlamlığına töhfə verəcək.
Qeyd edək ki, “Mentor Klinika” layihəsinin icrasına ötən ilin iyun ayından başlanılıb. Layihə çərçivəsində 2025-ci ilin dekabr ayında Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.
Bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərməsi nəzərdə tutulub.
Pilot layihə çərçivəsində ezam olunan həkimlərin sosial rifahının və yaşayış yerinin təmin olunması nəzərdə tutulub. Mənzil təminatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcək.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654