Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Mart 2026, Cümə, 14:02
Əlaqə vasitələri
Bizimlə əlaqə
Ötən il 54 min 500 şəxsə əlillik təyin olunub
12 Yanvar 2026
180
Ötən il 54 min 500 şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54 min 500 şəxsə əlillik təyin edilib.

 

Azmedinfo.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 25 min 300 şəxsə ilkin, 29 min 200 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

 

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

 

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Ən çox oxunanlar