Azərbaycan Tibb Universitetinin (ATU) Təcili Tibb kafedrası tədris prosesində innovativ yanaşma tətbiq edərək bir ilkə imza atıb. Kafedrada keçirilən OSKİ imtahanları tamamilə yeni formatda təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, yeni formatın əsas yeniliklərindən biri imtahan suallarında QR kodlardan istifadə edilməsi olub. Belə ki, QR kodlar vasitəsilə kardioqramma nəticələri, ultrasəs müayinəsinin göstəriciləri və digər vizual tibbi məlumatlar imtahan prosesinə daxil edilib.
OSKİ imtahanı 5 stansiyadan ibarət olub və hər stansiya üzrə tələbələrə 3 dəqiqə vaxt verilib. Stansiyalardan birində isə simulasyon pasient modeli tətbiq edilib. Ümumilikdə imtahanların təşkili prosesinə Həyat Teatr Klubunun 9 aktyor tələbəsi cəlb olunub. Belə ki, aktyor tələbələr şikayətçi xəstə rolunu canlandırıb, imtahan verən tələbə isə onu müayinə edib.
Qeyd olunub ki, təcili tibbi yardım şöbəsi digər şöbələrdən fərqli olaraq xüsusi yanaşma tələb edir. Bu şöbəyə müraciət edən xəstələr əksər hallarda panik vəziyyətdə, ağrılı və təcili müdaxiləyə ehtiyacı olan şəxslər olur. Yeni imtahan formatı tələbələrin bu cür real vəziyyətləri yaxından hiss etməsinə, stress altında düzgün diaqnoz qoyma bacarıqlarını yoxlamağa imkan yaradıb.
İmtahandan keçən tələbələr tətbiq olunan yeniliyi müsbət dəyərləndiriblər.
İmtahan prosesini ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Təcili Tibb kafedrasının müdiri, dosent Nadir Zeynalov, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli izləyiblər. Prorektor tələbələrlə fikir mübadiləsi aparıb, diskussiya təşkil edib. Kafedra müdiri isə imtahanın bu formatda keçirilməsi və hazırlıq prosesi barədə ətraflı məlumat verib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654