Kardiologiya İnstitutunda milli klinik protokolların hazırlanması müzakirə edildi
16 Yanvar 2026
476
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclas zamanı İnstitutun 2025-ci il üzrə fəaliyyətinin əsas istiqamətləri, klinik göstəriciləri və gələcək inkişaf prioritetləri müzakirə olunmuşdur.
Azmedinfo.az xəbər verir ki, iclası giriş sözü ilə açan şuranın sədri, institutun direktoru, professor Gülnaz Dadaşova klinik praktikada sübutlara əsaslanan tibbin tətbiqinin, vahid müalicə yanaşmalarının formalaşdırılmasının və beynəlxalq tövsiyələrin milli səhiyyə sisteminə uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır.
Elmi Şuranın iclasında kardiologiya sahəsində Avropa Kardiologiya Cəmiyyətinin (ESC) və Amerika Kardiologiya Assosiasiyasının (AHA) tövsiyələri əsasında milli klinik protokolların hazırlanması məsələsi müzakirə olunmuşdur. Bu təşəbbüs ölkəmizdə ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində vahid, sübuta əsaslanan yanaşmanın formalaşdırılmasına xidmət edir.
Müzakirələrin nəticəsi olaraq müvafiq işçi qrup yaradılmış, məsul rəhbərlik müəyyən edilmiş və ən aktual, klinik baxımdan vacib mövzular üzrə protokolların hazırlanmasına başlanılması qərara alınmışdır.
İclasın əsas mövzularından biri İnstitutun klinikası üzrə 2025-ci il üçün illik hesabat olmuşdur.
İclasda eyni zamanda akademik C. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun Ürək çatışmazlığı şöbəsinin 2025-ci il üzrə illik hesabatı dinlənilmiş, xəstələrin müalicə nəticələri, tətbiq olunan müasir yanaşmalar və klinik effektivlik göstəriciləri müzakirə olunmuşdur.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654