Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması təlimləri təşkil olunub
22 Yanvar 2026
432
TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinin ilkin səviyyəli İnsult Mərkəzi kimi sertifikasiyadan keçirilməsi, eyni zamanda Azərbaycanda insult xəstələri üçün vahid inteqrasiyalı tibbi yardım şəbəkəsinin yaradılması istiqamətində təlimlər təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, bu istiqamətdə Yeni Klinikada İnsult mərkəzlərinin fəaliyyətinin mövcud normativ tələblərə uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə müvafiq mövzularda nəzəri və praktik sessiyalar keçirilib.
Təlimdə Salyan Rayon Mərkəzi Xəstəxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və Klinik Tibbi Mərkəzin həkim-nevroloqları, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər iştirak ediblər.
3 gün davam edən təlim çərçivəsində kəskin insultun təcili yardıma qədər və təcili yardım mərhələsində dəyərləndirilməsi, TPA (Toxuma Tipli Plazminogen Aktivatoru) müalicəsi, TPA sonrası qanamalara yanaşma, tromboektomiyaya hazırlıq və gec trombektomiya, “wake-up stroke” hallarında yanaşmalar, udma refleksinin qiymətləndirilməsi, eləcə də GUSS və FEES testləri mövzularında nəzəri biliklər təqdim edilib. Bununla yanaşı, akut işemik insultda trombolitik müalicəyə dair praktik təlimlər də təşkil olunub.
Təlimlər Yeni Klinikanın İnsult mərkəzinin şöbə müdiri, həkim-nevroloq Minarə Çərkəzzadə, həkim-nevroloqlar Könül Əhmədova, Xəyalə Ağamirzəyeva, Səbinə Tağıyeva, Ülkər Mirzəzadə, Münəvvər Muxtarova, həmçinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Fəxriyyə Quliyeva və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Aysel Həsənova tərəfindən keçirilib.
Sonda TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərovun təlim iştirakçıları ilə görüşü keçirilib. Görüş zamanı P.Əkbərov insult (stroke) xəstələri üçün vahid, inteqrasiya olunmuş tibbi yardım şəbəkəsinin yaradılmasına həsr olunmuş geniş təqdimatla çıxış edib.
Təqdimat zamanı P.Əkbərov TƏBİB tərəfindən insult xəstələrinin erkən aşkarlanması, operativ yönləndirilməsi, ixtisaslaşmış müalicəsi və reabilitasiyasını əhatə edən vahid milli “Stroke Care” modelinin yaradılması istiqamətində yeni layihəni iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, layihənin əsas məqsədi vaxt itkisini minimuma endirməklə ölüm və əlillik göstəricilərinin azaldılması, eyni zamanda regionlar ilə ixtisaslaşmış tibb mərkəzləri arasında koordinasiyanın gücləndirilməsidir.
İcraçı direktorunun müşaviri yeni modelin üç səviyyədən — “Stroke Ready Hospital” (regional giriş qapıları), “Stroke Hospital” (şəhər səviyyəsində əsas müalicə mərkəzləri) və “Stroke Advanced Hospital” (milli koordinasiya və referans mərkəzi) — ibarət olduğunu qeyd edib. O bildirib ki, milli səviyyədə koordinasiya funksiyasını Yeni Klinika həyata keçirəcək.
Vurğulanıb ki, Yeni Klinikada 24/7 rejimində yüksək səviyyəli diaqnostika, kompleks insult müalicəsi, “Tele-Stroke Hub”, eləcə də “post-stroke advanced” və robotik reabilitasiya xidmətləri təqdim olunacaq.
Regionlarda isə erkən aşkarlama və sürətli yönləndirmə mexanizmləri tətbiq ediləcək. Layihə çərçivəsində vahid xəstə axınının idarə olunması, tibbi heyət üçün müntəzəm təlimlər, telekonsultasiya imkanları və keyfiyyətə nəzarət sistemlərinin yaradılması nəzərdə tutulur.
P.Əkbərov qeyd edib ki, TƏBİB-in səhiyyə islahatlarına tam uyğun olan bu layihə ölüm və əlillik göstəricilərinin azalmasına, tibbi xidmətlərin keyfiyyətinin standartlaşdırılmasına, eyni zamanda dövlət resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654