Azərbaycanda orqan transplantasiyasının tibbi və hüquqi aspektləri müzakirə olunub
26 Yanvar 2026
830
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin, eləcə də “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə “Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib. Forum Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin açılış nitqi ilə başlayıb.
Azmedinfo.az xəbər verir ki, Mərkəzin məlumatına istinadən xəbər verir ki, İ.Əfəndiyev çıxışında orqan transplantasiyasının həm tibbi, həm də hüquqi aspektlərinin kompleks yanaşma tələb etdiyini vurğulayıb, bu sahədə gələcək həkimlərin bilik və məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, belə forumların gənc tibb işçilərinin maarifləndirilməsi, etik və hüquqi çərçivənin düzgün mənimsənilməsi baxımından mühüm platforma olduğunu bildirib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-anestezioloq- reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova "Meyitdən orqan transplantasiyası: Beyin ölümünün təyini kriteriyaları" mövzusunda çıxış edib. Reanimasiya tədbirlərinin insan həyatının xilası baxımından əhəmiyyətindən danışan mərkəz sədri bildirib ki, müasir tibbdə əsas məqsəd hər bir insanın həyatını xilas etməkdir. Lakin xəstənin həyatını xilas etmək mümkün olmadıqda, düzgün hüquqi və tibbi mexanizmlər vasitəsilə səkkiz nəfərin həyatını xilas etmək mümkündür.
Y.Abbasova insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması və beyin ölümü anlayışı ilə bağlı mövcud tibbi və hüquqi mexanizmlər haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, bu məsələlər həm tibbi etik prinsiplərə, həm də qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir.
Mərkəz sədri qeyd edib ki, əsas məqsəd tibbi etik dəyərlərin qorunması ilə yanaşı, orqan donorluğu və transplantasiya sahəsində şəffaf, aydın və hüquqi baxımdan əsaslandırılmış mexanizmlərin formalaşdırılmasıdır. Bu yanaşma həm cəmiyyətin etimadının artırılmasına, həm də daha çox insan həyatının xilas olunmasına xidmət edir.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, həkim-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcək perspektivlər” mövzusunda çıxış edərək transplantasiya sahəsində əldə olunan elmi yeniliklərdən və bu sahənin inkişaf mərhələlərindən bəhs edib. O bildirib ki, müasir tibbin nailiyyətləri transplantasiyanı bir çox hallarda insan həyatı üçün yeganə xilasedici vasitəyə çevirib.
M.Kazımi qeyd edib ki, regionda ilk dəfə canlı donordan qaraciyər transplantasiyası 2008-ci ildə məhz Azərbaycanda həyata keçirilib. Bu fakt ölkəmizin transplantasiya sahəsində elmi və tibbi potensialının göstəricisi kimi dəyərləndirilib. Çıxışda həmçinin 2025-ci ildə regionda ilk dəfə olaraq Azərbaycanda meyit donordan qaraciyər və ürək transplantasiyalarının həyata keçirildiyi diqqətə çatdırılıb.
Sonda həkim- transplantoloq orqan bağışlamağın insan həyatının xilasındakı əvəzsiz rolunu vurğulayaraq, bu məsələdə cəmiyyətin maarifləndirilməsinin və sosial məsuliyyətin artırılmasının vacibliyini qeyd edib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva “Həyatı hədiyyə etməyin gücü: Mən niyə donor olmalıyam?” mövzusunda məruzə ilə çıxış edib. O, orqan donorluğunun insan həyatının xilasında oynadığı həlledici roldan danışaraq, müxtəlif ölkələrdə tətbiq olunan orqan donorluğu sistemləri barədə ətraflı məlumat verib.
Həkim- koordinator bildirib ki, şəffaf qanunvericilik, ictimai etimad və maarifləndirmə donor sayının artmasında əsas amillərdəndir. Çıxış zamanı Azərbaycanda meyit donordan orqan köçürülmüş və sağlam həyata qayıtmış insanların uğur hekayələri təqdim olunub.
Məruzədə orqan donorluğu ilə bağlı cəmiyyətdə geniş yayılmış miflərə də toxunulub. Bildirilib ki, “donor olarsa, həkimlər xəstəni xilas etməz” kimi yanlış inancların elmi və hüquqi əsası yoxdur. Əksinə, ölüm faktının təsdiqi və orqan götürülməsi prosesi bir-birindən tam ayrı, müstəqil və ciddi nəzarət altında həyata keçirilir. Orqan donorluğunun yalnız insanın həyatı tam başa çatdıqdan sonra mümkün olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquqşünası Səyyarə Haqverdiyeva “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzusunda çıxış edərək bildirib ki, orqan donorluğu və transplantasiya səhiyyənin ən mühüm və həssas sahələrindən biridir. O vurğulayıb ki, bu sahədə həyata keçirilən bütün fəaliyyətlər ciddi şəkildə hüquqi çərçivə daxilində aparılır və qanunvericilikdən kənar heç bir addım atılmır.
S.Haqverdiyeva növbəlilik prinsipi barədə danışaraq qeyd edib ki, qanun qarşısında bütün vətəndaşlar bərabər hüquqlara malikdir. Çıxışçı tərtib olunan hər bir sənədin mövcud qanunvericiliyin tələblərinə əsaslandığını diqqətə çatdırıb.
Forum interaktiv müzakirələr şəraitində davam edib. Tələbələr mövzuya böyük maraq göstərərək mütəxəssislərə çoxsaylı suallar ünvanlayıb, orqan transplantasiyasının tibbi, hüquqi və etik aspektləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Forumun sonunda müzakirələrdə fəal iştirak edən, sualları və təklifləri ilə seçilən tələbələrə simvolik hədiyyələr təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654