Azərbaycan və Avstriya mütəxəssislərinin iştirakı ilə beynəlxalq insult konfransı keçirilib
28 Yanvar 2026
458
Yeni Klinikada “CREGS (Cerebrolysin Registry Study in Stroke) beynəlxalq tədqiqatı: Azərbaycanın iştirakı və klinik nəticələr” adlı konfrans baş tutub.
Azmedinfo.az xəbər verir ki, konsfransda TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, Avstriyanın “Landesklinikum Amstetten” xəstəxanasının Nevrologiya şöbəsinin rəhbəri Milan Vosko, neyrocərrah, professor Axel Kohlmertzın və Bakı Sağlamlıq Mərkəzinin İnsult Mərkəzinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova iştirak edib.
Açılış nitqi ilə çıxış edən P.Əkbərov TƏBİB tərəfindən insult xəstələrinin erkən aşkarlanması, operativ yönləndirilməsi, ixtisaslaşmış müalicəsi və reabilitasiyasını əhatə edən yeni layihəni iştirakçıların diqqətinə çatdırıb.
İcraçı direktorun müşaviri yeni layihə çərçivəsində I səviyyə kimi Yeni Klinikanın, II səviyyə kimi Kliniki Tibbi Mərkəzin, III səviyyə kimi isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli şəhər xəstəxanasının (Şimal qapısı) və Salyan Rayon Mərkəzi Xəstəxanasının (Cənub qapısı) təyin edildiyini bildirib.
O, vahid milli “Stroke Care” layihəsinin əsas məqsədinin vaxt itkisini minimuma endirməklə, ölüm və əlillik göstəricilərinin azaldılması, eyni zamanda regionlar ilə ixtisaslaşmış tibb mərkəzləri arasında koordinasiyanın gücləndirilməsi olduğunu bildirib.
Beynəlxalq əlaqələr departamentinin rəhbəri F.Mahmudova TƏBİB nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində reabilitasiya xidmətlərinin inkişaf etdirilməsi, həkimlərin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə təcrübə proqramlarının təşkili istiqamətində əməkdaşlıq imkanlarının müzakirə edildiyini diqqətə çatdırıb. O, bu cür beynəlxalq əməkdaşlıqların ölkədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və kadr potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Tədbir çərçivəsində insultun müasir müalicə və reabilitasiya yanaşmaları, elmi tədqiqatların klinik praktikaya təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.
İnsult üzrə mütəxəssis Pərvin Allahyarova “CREGS – yerli təcrübə” mövzusunda çıxış edərək tədqiqat çərçivəsində əldə olunan yerli klinik nəticələr və onların praktik tətbiqi barədə məlumat verib.
Avstriyalı mütəxəssis Milan Vosko isə “Orta dərəcəli kəskin işemik insultda Cerebrolysin preparatının müqayisəli effektivliyi üzrə beynəlxalq, yüksək keyfiyyətli tədqiqat” mövzusunda təqdimatla çıxış edərək metodologiya, əsas nəticələr və klinik əhəmiyyət barədə ətraflı məlumat paylaşıb.
Sual-cavab sessiyası ilə başa çatan konfrans iştirakçılara mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, təcrübələrini bölüşmək və aktual suallarını müzakirə etmək imkanı yaradıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654