Azərbaycan Qafqaz regionunda ürək transplantasiyası sahəsində lider mövqeyini möhkəmləndirib
02 Fevral 2026
444
Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim Bəxtiyar Musayev, Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyev və Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Dr.Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev 31 yanvar 2026-cı il tarixində “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada iştirak ediblər.
Tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova çıxış ediblər. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., Səhiyyə əlaçısı, dr. Mircəlal Kazımi tədbirdə moderator qismində iştirak edib.
Tədbiri açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev Qafqazda ilk ürək transplantasiyasının Azərbaycan səhiyyəsinin tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin bu sahədə regional liderliyini bir daha təsdiqlədiyini vurğulayıb. O bildirib ki, 2025-ci ildə iki uğurlu ürək transplantasiyasının icrası Azərbaycanın Qafqaz regionunda donor orqandan ürək transplantasiyası sahəsində lider mövqeyini möhkəmləndirib və bu əməliyyatlar region üçün bir ilk kimi tibb tarixinə düşüb.
Elmi-praktiki dəyirmi masa çərçivəsində Qafqazda ilk ürək transplantasiyasının icrası ilə bağlı əldə olunan təcrübə, bu sahədə formalaşdırılmış hüquqi və institusional baza, koordinasiya mexanizmləri, eləcə də gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Vurğulanıb ki, bu nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş səhiyyə strategiyası dayanır və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycanda orqan transplantasiyası kimi yüksək texnologiya və peşəkarlıq tələb edən əməliyyatlar uğurla icra olunur.
Müzakirələr zamanı beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti, vahid rəqəmsal sistemin tətbiqi, donor və resipientlərin qeydiyyatının şəffaf aparılması, etik prinsiplərə nəzarət, tibbi heyətin hazırlığı və transplantasiya sisteminin dayanıqlı inkişafı üçün aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi xüsusi olaraq qeyd edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654