5 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsində “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi” mövzusunda elmi simpozium və metodik vəsaitin təqdimatı keçirilib. Tədbiri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalı birgə təşkil ediblər.
Azmedinfo.az xəbər verir ki, simpoziumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının təməlində duran əsas prinsiplərdən biri də əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətləri ilə tam təmin olunmasıdır. Komitə sədri son illər ölkəmizdə orqan transplantasiyası sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib, eləcə də Mərkəzi Gömrük Hospitalında bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov məlumat verib ki, simpoziumun keçirilməsində əsas məqsəd qaraciyər transplantasiyasından sonra xəstələrin stasionar mərhələdə effektiv menecmenti və postoperativ dövrdə ağırlaşmaların qarşısının alınması sahəsində tibbi heyətin bilik və bacarıqlarını artırmaq, transplantasiya sahəsində ən son elmi və praktik təcrübələri müzakirə etməkdir.
Daha sonra Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevin moderatorluğu ilə keçirilən simpoziumda Mərkəzi Gömrük Hospitalının həkim-transplantoloqu Mircəlal Kazıminin “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin erkən menecmenti”, Səhiyyə Nazirliyinin şöbə müdiri Hüseyn Camalovun “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirlinin “Əməliyyat otağından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmə” və Hospitalın həkim-infeksionisti Mədinə Abdullayevanın “Solid orqan transplantasiyası olan xəstələrdə səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və qarşısının alınması” mövzularında məruzələri dinlənilib.
Tədbir panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə keçirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654