Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
06 Fevral 2026
628
Nizami Tibb Mərkəzinin ümumi cərrahiyyə komandası tərəfindən icra olunan Whipple əməliyyatı (pankreatoduodenal rezeksiya) uğurla başa çatıb.
Azmedinfo.az xəbər verir ki, 62 yaşlı pasiyent üzərində həyata keçirilən mürəkkəb cərrahi əməliyyat təxminən 5 saat davam edib. Əməliyyat zamanı pasiyentin onikibarmaq bağırsağı, mədəaltı vəzin baş hissəsi, ümumi öd axarının distal hissəsi və öd kisəsi xaric edilib. Daha sonra həzm sisteminin davamlılığının təmin olunması məqsədilə mədəaltı vəzin qalan hissəsi ilə bağırsaq, ümumi öd yolu ilə bağırsaq, həmçinin mədə ilə bağırsaq arasında cərrahi anastomozlar yaradılıb.
Əməliyyat Nizami Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrahlar Firdovsi Rüstəmov və Qüdrət Qəhrəmanov tərəfindən icra olunub.
Əməliyyatdan sonra 2 həftə ərzində stasionar şəraitdə müalicə alıb. Vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ümumi cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan Whipple əməliyyatı əsasən mədəaltı vəzin baş hissəsindəki şişləri, onikibarmaq bağırsağı, öd kisəsini və bəzən mədənin bir hissəsini xaric etmək üçün icra olunan mürəkkəb cərrahi prosedurdur.
Məlumat üçün bildirək ki, Nizami Tibb Mərkəzində Whipple əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654