İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində koxlear implantasiya əməliyyatı və ilkin reabilitasiya mərhələləri qarşılanır. 2025-ci il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 136 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.
Azmedinfo.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu ildən sözügedən xidmətlərlə yanaşı, əməliyyatdan sonrakı dövrlərdə nitq prosessorunun (üst cihaz) sıradan çıxması nəticəsində yenilənməsi və ya əvəz olunması halları da sığorta təminatına daxil edilib. Belə ki, icbari tibbi sığorta çərçivəsində nitq prosessoru ilə bağlı 3 yeni tibbi xidmət təminata alınıb.
Bu yeniliklərə əsasən, implantasiya əməliyyatından 1 il sonra üst cihazın 4 dəfə tənzimlənməsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sözügedən tənzimləmələr cihazın pasiyentin eşitmə ehtiyaclarına uyğunlaşdırılmasına və reabilitasiya prosesinin daha səmərəli aparılmasına imkan yaradır.
Ən azı 5 il müddətində istifadə edilmiş nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model cihazla əvəz olunması da icbari tibbi sığorta ilə qarşılanır.
Eləcə də zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxildir. Qeyd olunan yeniliklər koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli tibbi dəstək almasına, həyat keyfiyyətinin yüksəlməsinə və sosial həyata daha aktiv qoşulmasına xidmət edir.
Sözügedən bu 3 yeni xidmət koxlear implantasiya əməliyyatı icbari tibbi sığorta hesabına icra olunmayan sığortaolunanlara da şamil olunur.
Diaqnoz və ilkin müayinələr üçün pasiyentlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarına müraciət edə bilərlər. Əməliyyat icbari tibbi sığorta hesabına tibbi göstəriş və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində həyata keçirilir. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihazın yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə üst cihazda səsin tənzimlənməsi icbari tibbi sığorta ilə qarşılanır. Koxlear implantasiya əməliyyatından sonra pasiyentlər icbari tibbi sığorta çərçivəsində reabilitasiya xidmətlərinə (36 seans loqoped və psixoloq xidməti) cəlb olunur və bu proses eşitmə və nitq bacarıqlarının inkişafına mühüm töhfə verir.
Əməliyyatdan sonra Xidmətlər Zərfi çərçivəsində üst cihazın tənzimlənməsi, yenilənməsi və ya əvəzlənməsi ilə bağlı xidmətlərdən istifadə etmək üçün agentliyə rəsmi qaydada müraciət olunmalıdır. Tibbi göstərişə əsasən, xidmətlər icbari tibbi sığorta çərçivəsində bu sahə üzrə ixtisaslaşmış agentliklə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654