İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub. Tədbirdə icbari tibbi sığorta sisteminin keçdiyi inkişaf yolu, əldə olunan əsas nəticələr və vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsi barədə məlumat verilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 10 il ərzində icbari tibbi sığorta sisteminin mərhələli şəkildə formalaşdığını, bu müddət ərzində tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə artdığını bildirib: “2016-cı ildə möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması bu sahədə mühüm başlanğıc nöqtəsi oldu. Prezidentin qətiyyətli iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bu sistem formalaşdı və inam qazandı. İcbari tibbi sığorta təkcə tibbi xidmət deyil, insanlara sabaha inam, təhlükəsizlik və arxayınlıq hissi bəxş edən bir sistemdir. Xidmətlər genişləndikcə və əlçatanlıq artdıqca vətəndaşların gözləntiləri də yüksəlir. Biz bu gözləntiləri diqqətlə dinləyir və hər dəfə bir addım daha irəli getməyə çalışırıq. Qarşıda bizi daha böyük hədəflər və daha böyük məsuliyyət gözləyir”.
Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı verilən qərarın icrası güclü siyasi iradə, institusional əzm və ictimai inam tələb edirdi: “İcbari tibbi sığortanın tətbiqinə başlanarkən vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək, əhalinin səhiyyə ilə bağlı xərclərinin azaldılması əsas məqsədlər kimi müəyyən edilmişdir. Bu gün əminliklə deyə bilərik ki, qarşıya qoyulan hədəflərə nail olunub. On il əvvəl layihə kimi başlanan icbari tibbi sığorta artıq dövlətimizin sosial siyasətinin mühüm komponentinə çevrilib. Möhkəm təməl üzərində qurulmuş bu sistemin gələcək illərdə də milli səhiyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inanıram”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirib ki, icbari tibbi sığorta Azərbaycanın müstəqillik dövründə səhiyyə sahəsində həyata keçirdiyi ən uğurlu layihəsidir: “Bu gün icbari tibbi sığorta ölkəmizdə uğurla tətbiq olunur, Xidmətlər Zərfi mərhələli şəkildə genişləndirilir, əhalinin tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərdən məmnunluğu artır. Düzdür, görüləcək işlər hələ çoxdur, çünki səhiyyə daim yenilənmə və inkişaf tələb edən sahədir. Lakin əminəm ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta modeli gələcəkdə dünyada nümunəvi sistemlər sırasında yer alacaq”.
TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilovun sözlərinə görə, bu gün ölkə səhiyyəsinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisənin – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasının 10 illik yubileyi qeyd olunur: “Bu əlamətdar gün münasibətilə Agentliyin rəhbərliyini və bütün kollektivini şəxsən öz adımdan və TƏBİB ailəsi adından səmimi-qəlbdən təbrik edirəm. İcbari tibbi sığorta sistemi sayəsində bu gün bütün bölgələrdə vətəndaşlar tibbi xidmətlərə bərabər və əlçatan çıxış imkanına malikdir”.
İcbari tibbi sığorta hesabına övladı əməliyyat olunan valideyn Elvin Musayev tədbirdə çıxışı zamanı öz təəssüratlarını bölüşüb. O bildirib ki, övladında qida borusunun atreziyası diaqnozu təsdiqlənib və həkimlər müdaxilənin yüksək riskli olduğunu bildirsələr də, əməliyyat uğurla icra olunub: “Bir valideyn olaraq çox narahat idim. Lakin icbari tibbi sığorta hesabına əməliyyat operativ şəkildə həyata keçirildi. Heç bir vaxt itkisi olmadı, müdaxilə yerində və dəqiq icra olundu. Bu gün övladımın sağlam olması bizim üçün ən böyük xoşbəxtlikdir. Yaradılan bu imkanlara görə ölkə rəhbərliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək bir valideyn üçün həqiqətən çox böyük anlam daşıyır.”
Tədbirin sonunda İctimai Televiziya tərəfindən hazırlanan Agentliyin 10 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654