Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqres öz işini Mərkəzi Gömrük Hospitalında davam etdirib.
Azmedinfo.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalından məkumatına görə. konqres çərçivəsində təşkil olunan elmi simpozium Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynovanın anadan olmasının 100 illik yubileyinə həsr olunub.
Simpoziumda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev professor Nəsibə Hüseynovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna rolundan danışıb. O qeyd edib ki, alimin formalaşdırdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də ölkəmizdə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verir.
Sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxış edərək professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin pediatriyada klinik düşüncə tərzinin, elmi yanaşmanın və müasir müalicə prinsiplərinin formalaşmasında, eləcə də gənc həkimlərin və rezidentlərin hazırlanmasında mühüm rol oynaması barədə ətraflı danışıblar.
Daha sonra professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda görkəmli alimin zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pediatriyasının inkişafına verdiyi mühüm töhfələr, formalaşdırdığı elmi məktəb və yetişdirdiyi çoxsaylı həkim kadrlar barədə ətraflı məlumat təqdim olunub. Tədbir çıxışlarla davam edib.
Simpoziumun interaktiv panelində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə “Uşaq qastroenterologiyasında klinik və bioetik çağırışlar” mövzusunda çıxış edib. Təqdimatda uşaqların qastroenteroloji xəstəliklərinin müalicəsində rast gəlinən tibbi çətinliklər və tətbiq edilən innovativ yanaşmalardan bəhs edilib. Eyni zamanda, azyaşlı pasiyentlərin müalicə prosesində etik normaların qorunması və bioetik prinsiplərin klinik qərarlara təsiri məsələlərinə diqqət çəkilib.
İkinci sessiyada Respublika Pediatriya Mərkəzinin həkimi Azər Əhmədov “Kəskin və xronik ishalın tele-tibdə idarə edilməsi; Dehidratasiya riskinin Sİ analizləri”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda öd daşı xəstəliyinə müasir yanaşma”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Autizm spektr pozulması olan uşaqlarda vitamin və mikronutrient dəstəyi”, “Baku Medical Plaza” klinikasında Pediatriya və Neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin Rəhimov və “Medera” klinikasının həkimi Əli Quliyev “Mini-debat: Uşaqlarda xroniki qəbzliyə multidisiplinar yanaşma” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova “Uşaqlarda laktoz çatışmazlığı” mövzularında çıxış ediblər.
Professor Aytən Məmmədbəylinin, dosent Nigar Bayramovanın və tibb elmləri üzrə fəlsəfə doktoru Əli Quliyevin moderatorluğu ilə keçirilən “İnteraktiv sessiya: beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraq” panelində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının həkimi Dr.Nərgiz Məmmədova “Prematüre və yüksək riskli yenidoğulmuşların erkən nevroloji qiymətləndirilməsi və inkişaf monitorinqi”, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikasının baş həkimi İkram Rüstəmov “Hibrid dünyada inkişaf geriliyi, autizm və davranış problemləri: kim, nə zaman və haraya yönləndirilməlidir?”, Nitq və inkişaf pozulmaları üzrə uzman Nigar Həsənova “Peyk simpozium. Autizmli uşaqların elmi sübuta əsaslanan təlimi” mövzularında çıxış ediblər.
Simpoziumun sonunda qeyd olunub ki, belə genişmiqyaslı və elmi baxımdan zəngin proqram pediatriya sahəsində aktual problemlərin müzakirəsi, innovativ yanaşmaların tətbiqi və multidisiplinar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxış edənlər vurğulayıblar ki, professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin işığında keçirilən bu simpozium həm milli pediatriya elminin inkişafına yeni impuls verir, həm də gənc mütəxəssislər üçün dəyərli təcrübə platforması rolunu oynayır.
Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654