“Həkimlər və Tibb Tələbələri” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Tibb Təhsili üzrə Daimi Komitənin (SCOME) təşkilatçılığı ilə tibb tələbələri üçün “Paradigm Shifts in Medicine: İnvaziv Radiologiya Erası” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirin əsas məqsədi tibbdə baş verən paradiqma dəyişikliklərini, minimal invaziv yanaşmaların müasir klinik praktikadakı rolunu və bu sahənin gələcək perspektivlərini tələbələrə elmi əsaslarla təqdim etmək olub.
Azmedinfo.az xəbər verir ki, seminarda spiker qismində çıxış edən Uzm. Dr. Nicat Alışev əvvəlcə tibbin tarixi inkişaf mərhələlərinə toxunaraq, müasir dövrdə sübutlu təbabət (evidence-based medicine) yanaşmasının əhəmiyyətini xüsusi vurğulayıb. O, tibbi qərarvermə prosesində elmi sübutların, klinik təcrübənin və pasiyent dəyərlərinin inteqrasiyasının vacibliyini qeyd edib. Eyni zamanda, məruzəçi özünün könüllü tibbi fəaliyyət təcrübələrindən bəhs edərək, müxtəlif çətin şəraitlərdə həkim məsuliyyətinin və etik yanaşmanın önəmini iştirakçılarla bölüşüb.
Məruzənin davamında invaziv radiologiyanın müasir təbabətdə yaratdığı fundamental və inqilabi dəyişikliklər ətraflı şəkildə müzakirə olunub. Dr. Alışev invaziv radiologiyanın bir çox hallarda cərrahi müdaxiləyə alternativ və ya daha az travmatik seçim kimi üstünlüklərini izah edərək, minimal invaziv prosedurların pasiyentlər üçün daha qısa hospitalizasiya müddəti, minimum komplikasiya riski və sürətli reabilitasiya ilə nəticələndiyini diqqətə çatdırıb.
Seminar çərçivəsində müasir klinik prosedurlar və xüsusilə müxtəlif ablasiya metodları geniş şəkildə təqdim olunub. Radiofrekans ablasiya (RFA) üsulunun xoşxassəli tiroid düyünlərində tətbiqi, eləcə də etanol ablasiyasının simptomatik kistalarda, o cümlədən exinokok kistlərində istifadəsi barədə detallı məlumat verilib. Bundan əlavə, qaraciyər və digər daxili orqan şişlərində ablasiya prosedurlarının rolu, həmçinin kəskin qanaxmalar zamanı endovaskulyar müdaxilələrin effektivliyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin son hissəsində prostat xərçənginin diaqnostikasında istifadə olunan füzyon (fusion) biopsiya texnikası və invaziv onkologiya sahəsində tətbiq edilən ən son yanaşmalar seminarın əsas müzakirə mövzularından olub. Tələbələrin aktiv iştirakı ilə keçən interaktiv sual-cavab sessiyasında invaziv radiologiyanın gələcək inkişaf istiqamətləri və cərrahiyyə ilə müqayisəli üstünlükləri ətrafında fikir mübadiləsi aparılıb. Yekunda qeyd olunub ki, bu növ tədbirlər tibb tələbələrinin elmi dünyagörüşünün artırılmasına və gələcəyin texnologiyalarına adaptasiyasına mühüm töhfə verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654