Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin təşkilatçılığı ilə Liv Bona Dea Xəstəxanasında onkologiya və cərrahiyyə sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə "Kolorektal xərçəng. Klinik dilemmalar və fərqli hekayələr" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, onkologiya, cərrahiyyə və radiologiya sahəsində çalışan həkim və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə qeyd olunan sahələrdə xəstəliklərin müalicəsindəki ən son yeniliklər və mürəkkəb klinik hallar müzakirə olunub.
Konfransda məruzəçilər həm terapevtik, həm də innovativ cərrahi yanaşmalara dair təqdimatlarla çıxış ediblər.
Dr. Elvin Çələbiyev "Metastatik kolon xərçəngində klinik dəyərləndirmə və 1-ci xətt müalicə" mövzulu təqdimatında xəstəliyin erkən mərhələsində tətbiq edilən standart müalicə protokollarının və dəqiq diaqnostikanın əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Dr. Eldar Əhmədov "Qaraciyərin metastatik kolon xərçəngində cərrahi metodlar. Planlama, zamanlama" adlı məruzəsində qaraciyərə yayılan metastazların cərrahi yolla aradan qaldırılmasında strateji vaxt seçiminin zəruriliyi əsaslandırıb.
Cərrahiyyədə müasir texnologiyaların əhəmiyyətindən danışan Dr. Ruslan Əsədov "Metastatik kolon xərçəngində invaziv radioloji müdaxilələr" mövzulu məruzəsində az invaziv metodların xəstənin sağalma prosesinə göstərdiyi müsbət təsirləri şərh edib.
Dr. Təranə Hüseynli “Feniks- Qaraciyər” təqdimatı ilə ağır klinik hallarda qaraciyərin funksional bərpasının və müalicə uğurunun real nümunəsini nümayiş etdirib.
Konfransın növbəti hissəsində Dr. Alim Əkbərov "Metastatik kolon xərçəngində sitoreduktiv cərrahiyyə. HİPEC-in rolu" təqdimatında yüksək temperaturlu kimyaterapiyanın qarın boşluğu daxili yayılmalarda effektivliyini elmi faktlarla izah edib.
Dr. Elxan Məmmədov "Refrakter metastatik kolon xərçəngində sistemik müalicə metodları və son yeniliklər" mövzusunda ən son farmakoloji tapıntıları və alternativ terapiya imkanlarını bölüşüb.
“Soyuqqanlı cərrahın hərarətli müalicəsi” adlı təqdimatında Dr. Zöhrə Abdullazadə cərrahi əməliyyat zamanı qarşıya çıxan mürəkkəb dilemmaların peşəkar həlli yollarını izah edib.
Dr. Elmar Məmmədov “Ağciyər metastazlarında cərrahi metodlar və doğru xəstə seçimi” mövzusunda çıxış edərək uğurlu nəticənin əsas şərtinin düzgün seçilmiş xəstə və optimal cərrahi taktika olduğunu vurğulayıb.
“Kolorektal mənşəli qaraciyər metastazlarında nəyi çıxartdığın, yoxsa necə çıxartdığın önəmlidir. Anatomik və non-anatomik rezeksiyalar” mövzusunda məruzə təqdim edən Dr. Nihad Nəzərzadə bildirib ki, qaraciyər metastazlarının cərrahi müalicəsində həlledici amil yalnız rezeksiyanın həcmi deyil, onun anatomik və ya qeyri-anatomik prinsip əsasında, düzgün planlama ilə həyata keçirilməsidir.
Dr. Ağadadaş Məmmədli “Metastatik “Odisseya” mövzusunda təqdimatında metastatik prosesin idarə olunmasını uzunmüddətli, mərhələli və kompleks mübarizə yolu kimi səciyyələndirib.
Disskussiya şəraitində keçən tədbirin yekununda metastatik kolon xərçənginin müalicəsinə kompleks baxış müzakirə edilib. Həmçinin iştirakçılara sertifikatlar təqdim edilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654