İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasına (BSTA - International Social Security Association) rəsmi tərəfdaş üzv qismində qəbul olunub.
Azmedinfo.az xəbər verir ki, 10 illik fəaliyyəti dövründə Agentliyin ilk dəfə beynəlxalq təşkilata üzv olması ölkəmizdə icbari tibbi sığorta modelinin beynəlxalq səviyyədə tanınmasının və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Bu üzvlük Agentliyə beynəlxalq sosial təminat gündəliyində daha fəal iştirak, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də çoxtərəfli əməkdaşlıq platformalarında təmsilçilik imkanları yaradır.
BSTA çərçivəsində əməkdaşlıq Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nəticələrin beynəlxalq müstəvidə paylaşılmasına, eyni zamanda digər ölkələrin oxşar çağırışlara dair tətbiq etdiyi mexanizmlərin öyrənilməsinə şərait yaradır.
Qeyd edək ki, Agentlik eyni zamanda Beynəlxalq Sosial Sığorta Assosiasiyasının Texniki Komissiyalar üzrə Forumunda təmsil olunub. Agentliyin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev Səhiyyə üzrə Texniki Komissiyanın sədr müavini vəzifəsinə seçilib və sözügedən komissiyanın iclasında iştirak edib.
İclas zamanı 2026–2028-ci illəri əhatə edən fəaliyyət gündəliyi müzakirə edilib, profilaktik yanaşmaların gücləndirilməsi, rəqəmsal həllər vasitəsilə tibbi xidmətlərə çıxışın və keyfiyyətin artırılması, eləcə də tibbi xərclərin idarə olunması kimi prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin inkişafı, sosial təminat sistemində davamlı innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654