“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Elmi Mübadilə üzrə Daimi Komitənin (SCORE) təşkilatçılığı ilə gənclər üçün maarifləndirici sessiya keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbir çərçivəsində “From Idea to Funding: Applying for Research Grants” mövzusunda təqdimat baş tutub və əsas diqqət tədqiqat ideyasının formalaşdırılmasından başlayaraq qrant müraciətlərinin hazırlanması prosesinə yönəldilib. Qeyd etmək lazımdır ki, tədbirdə beynəlxalq tələbələr də iştirak edib və sessiya tam şəkildə ingilis dilində keçirilib.
Sessiyanın spikeri Günel Əyyubova tədqiqat qrantlarına müraciət prosesi haqqında iştirakçılara ətraflı məlumat verib. O, öz şəxsi təcrübələrini bölüşərək elmi layihə ideyasının formalaşdırılması, layihənin məqsəd və hədəflərinin düzgün müəyyənləşdirilməsi, qrant müraciətlərinin hazırlanması və işin beynəlxalq standartlara uyğun şəkildə təqdim olunması kimi vacib məqamları izah edib. Spiker həmçinin tədqiqat fəaliyyətinin xüsusilə tibbi tələbələrin akademik inkişafında oynadığı mühüm rolu vurğulayıb.
Sessiya boyunca iştirakçılara qrant müraciətlərinin hazırlanması zamanı diqqət yetirilməli əsas prinsiplər və uğurlu layihələrin xüsusiyyətləri barədə praktik tövsiyələr təqdim olunub. Təqdimatın sonunda iştirakçılar spikerə müxtəlif suallar ünvanlayıb və Günel Əyyubova onların suallarını cavablandıraraq əlavə izahlar verib.
Tədbir sonda iştirakçıların spikerlə birlikdə xatirə şəkilləri çəkməsi ilə yekunlaşıb. Sessiya iştirakçılara tədqiqat qrantlarına müraciət prosesi haqqında həm nəzəri məlumat əldə etmək, həm də gələcək akademik fəaliyyətləri üçün faydalı istiqamətlər qazanmaq imkanı yaradıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654