Tələbələrlə görüşdə donorluğun həyati əhəmiyyəti müzakirə olunub
11 Mart 2026
458
Səhiyyə Nazirliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrində həyata keçirilən maarifləndirici silsilə tədbirlər davam edir.
Azmedinfo.az xəbər verir ki, bu çərçivədə növbəti görüş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunub. Görüşün məqsədi tələbələri sağlamlıq mövzuları, xüsusilə qan donorluğunun əhəmiyyəti barədə məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə Akademiyanın elm və təhsil işləri üzrə prorektoru Fuad Salayev açıb. O, çıxışında gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb, belə görüşlərin tələbələr arasında sosial məsuliyyət və humanizm dəyərlərinin formalaşmasına töhfə verdiyini qeyd edib.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək donorluğunun cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, donorluğun ağır xəstələrin müalicəsində və fövqəladə hallarda həyati əhəmiyyət daşıdığını bildirib, gəncləri bu humanist təşəbbüsə dəstək verməyə çağırıb.
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək “Nə üçün donor olmaq lazımdır?” mövzusunda təqdimatla çıxış edib. O, donor olmaq üçün tələb olunan tibbi şərtlər və prosesin təhlükəsizliyi barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda donorluqla bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlərə aydınlıq gətirib.
Daha sonra tələbələrin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb və görüş qarşılıqlı müzakirə şəraitində davam etdirilib. Maarifləndirici tədbir tələbələrin fəal iştirakı ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654