Həyat bəxş etmək öz əlimizdədir
13 Mart 2026
350
Azərbaycanda 4 mindən çox insan dializ müalicəsi alır. Dializ saatlarla davam edən prosedur, pəhriz məhdudiyyətləri və tez-tez yaranan yorğunluqla müşayiət olunur. Dializ xəstələr üçün həm fiziki, həm də psixoloji sınaqdır. Amma böyrək transplantasiyası həyat keyfiyyətini tamamilə dəyişdirə bilər.
Azmedinfo.az xəbər verir ki, Transplantasiya ilə xəstələr dializdən azad olur, normal həyat tərzinə qayıda bilər və uzunmüddətli sağlamlıq perspektivlərini artırır. Burada isə orqan ianəsi həyati rol oynayır. Hər orqan ianəsi kimin üçünsə yeni bir başlanğıc şansıdır.
Bir çox insan düşünür: “Niyə mən orqan bağışlamalıyam?” Əslində cavab çox sadədir. Çünki bir insanın verdiyi razılıq başqa bir insanın həyatını xilas edə bilər.
Orqan ianəsi sizin həyatınızdan heç nə almır, amma başqa bir insana həyat bəxş edir.
Cəmiyyət yalnız insanların bir-birinə dayaq olduğu zaman güclü olur. Orqan bağışı həmrəylik və insanlıq dəyərinin ən real nümunələrindən biridir.
Bu həm də empati məsələsidir. Bu gün orqan gözləyən insan başqasıdır, amma sabah belə bir ehtiyac hər birimizin və ya yaxınlarımızın qarşısına çıxa bilər. Hər kəs sağlam qalmaq istəyir, lakin həyat bəzən gözlənilməz olur.
Orqan ianəsi eyni zamanda cəmiyyətə verilən bir töhfədir. Buna görə də orqan bağışlamaq haqqında düşünmək və razılıq vermək hər birimizin verə biləcəyi ən dəyərli qərarlardan biridir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654