Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində bir il ərzində 7000-ə yaxın pasiyentə tibbi xidmət göstərilib
13 Mart 2026
308
Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə, şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Azmedinfo.az xəbər verir ki, son dövrlərdə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Laçın Rayon Mərkəzi Xəstəxanası ilə bağlıdır. Belə ki, 2025-ci ilin mart ayında fəaliyyətə başlayan Təcili tibbi yardım şöbəsinə 6 998 müraciət daxil olub, eləcə də 12 898 sayda müxtəlif tibbi xidmətlər göstərilib.
Laçın Rayon Mərkəzi Xəstəxanasında bir il ərzində Təcili tibbi yardım şöbəsi fasiləsiz fəaliyyət göstərərək əhaliyə operativ və keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.
Hazırda şöbədə 5 nəfər həkim, 6 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 22 nəfər əməkdaş fəaliyyət göstərir.
Qeyd edək ki, şöbədə ilkin tibbi müayinə, triaj, ürək-ağciyər reanimasiyası (CPR), süni tənəffüs və oksigen terapiyası, şok vəziyyətlərinin aradan qaldırılması, qəzalar, travmalar, qanaxmalar və xəsarətlər zamanı ilkin tibbi yardım, yanıq, sınıq və çıxıqların ilkin müalicəsi və s. kimi tibbi xidmətlər göstərilir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668