Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin Muğam Mərkəzində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu" keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri və pedaqoji heyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin tələbə, müəllim və şagird heyəti, gömrük əməkdaşları, səhiyyə və hüquq mühafizə işçiləri iştirak ediblər.
Forumun rəsmi açılış hissəsində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Azərbaycan Respublikası Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı çıxışında bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız inzibati tədbirlər və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bu sahədə uğurlu nəticələrin əldə olunması üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma zəruridir. Bu baxımdan, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə və təbliğat işlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət daşıyır.
G.Muradlı vurğulayıb ki, hələ 1996-cı ildən etibarən narkotik vasitələrə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu istiqamətdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, dini icmaların və təhsil müəssisələrinin fəal şəkildə cəlb olunması isə cəmiyyətin sağlam gələcəyinin təmin olunmasına xidmət edən mühüm amillərdəndir.
Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin bu gün bəşəriyyəti narahat edən ən ciddi sosial problem olduğunu qeyd edib. O, bildirib ki, bu problem insan sağlamlığına, ailə institutuna, cəmiyyətin mənəvi dəyərlərinə və dövlətlərin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Məhz buna görə də, Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. C.Məmmədov çıxışının sonunda forumun işinə uğurlar arzulayıb və tədbir iştirakçılarını gənclərin gələcəyi naminə birgə səylərini daha da gücləndirməyə çağırıb.
Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun moderatorluğu ilə keçirilən tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev “Yeni növ narkotik və psixotrop maddələrdən sui-istifadə: Müasir dövrün aktual problemi və qlobal təhlükəsizlik çağırışları”, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin I şöbənin böyük müstəntiqi Yusif Bağırov “Narkomaniyaya qarşı mübarizədə gömrük nəzarətinin əhəmiyyəti, profilaktik və nəzarət funksiyaları”, Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Azər Bağırov “Narkotiklərlə bağlı cinayətlərin aşkarlanmasında polis orqanlarının rolu: cinayət təqibi və cəza prosesinin hüquqi və praktiki mərhələləri”, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov “Maarifləndirmə kontekstində gənclərin narkomaniyadan qorunması: preventiv və institusional mexanizmlər” və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Cəmiyyətin səfərbərliyi: ictimai fəaliyyət və könüllülük mexanizmləri kontekstində narkomaniyaya qarşı mübarizə” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirdə gənclər və tələbələrin sualları məruzəçilər tərəfindən cavablandırılıb.
Forumun keçirilməsində məqsəd yeni növ narkotik və psixotrop maddələrin yaratdığı təhlükələr barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xüsusilə gənclər arasında narkomaniyanın profilaktikası istiqamətində institusional və hüquqi mexanizmləri gücləndirmək, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə, gömrük və səhiyyə orqanlarının rolunu izah etməklə, dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlığın genişləndirilməsi və preventiv tədbirlərin effektivliyini artırılması olub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654