“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin tərkibində fəaliyyət göstərən Tibb Təhsili üzrə Daimi Komitənin (SCOME) təşkilatçılığı ilə tibb tələbələri üçün “Tibb tələbələrinin neyrocərrahiyyə konfransı” Yeni Klinikada keçirilib. Tədbirin əsas məqsədi neyrocərrahiyyə sahəsində aktual mövzular haqqında tələbələrə praktik təcrübəyə əsaslanan məlumat təqdim etmək və klinik yanaşmalarla tanış etmək olub.
Azmedinfo.az xəbər verir ki, konfransda məruzəçi qismində çıxış edən Tural Rəhimli və Cəmil İskəndərli neyrocərrahiyyə sahəsində müxtəlif patologiyalar barədə məlumat veriblər.
Dr.Tural Rəhimli xüsusilə optik qlioma, xordoma və kraniofaringioma kimi xəstəliklər, diaqnostik yanaşmalar və müasir cərrahi müalicə üsulları haqqında danışıb, endoskopik endonazal əməliyyatlara dair görüntülər təqdim edib.
Dr.Cəmil İskəndərli isə onurğa sütunu patologiyalarını əhatə edən təqdimatla çıxış edib: fəqərəarası disk yırtıqları, spondilolistez, degenerativ skolioz, onurğa kanalı stenozu (mərkəzi və lateral) və disk protezləri barədə məlumat verib. Məruzəçi həmçinin MRT müayinəsinin bu patologiyaların diaqnostikasında aparıcı rol oynadığını qeyd edib.
Hər iki məruzəçi preoperativ (preop) və postoperativ (postop) mərhələlər barədə məlumat verərək əməliyyat prosesində və sonrası yanaşmaları iştirakçılarla bölüşüblər.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb. Sual-cavab sessiyası tələbələrin neyrocərrahiyyə sahəsinə dair maraq doğuran məqamları aydınlaşdırmaq və klinik biliklərini dərinləşdirmək baxımından tədbirin ən aktiv mərhələsini təşkil edib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654