Səhiyyə Nazirliyinin müharibə veteranlarına və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasının 3 ili tamam olur.
Azmedinfo.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara və şəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan həmin xidmət 2023-cü il aprelin 1-dən fəaliyyət göstərir. “Çağrı Mərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən psixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahid platformadan koordinasiyası, həmin kateqoriyadan olanlarla proaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə yaradılıb.
Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə 148 min 971 müraciət cavablandırılıb. Onlardan 28 min 244-ü birbaşa daxil olan zənglər, 120 min 727-si isə proaktiv əlaqələrdir. Bu, Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi və psixoloji xidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Birbaşa daxil olan müraciətlərin 9675-i Bakı-Sumqayıt və şimal bölgəsi, 12 min 240-ı qərb bölgəsi, 124-ü Naxçıvan Muxtar Respublikası, 2221-i Mərkəzi Aran, 3 984-ü isə cənub bölgəsinin payına düşür.
Eyni zamanda, “Çağrı Mərkəzi” tərəfindən həyata keçirilən proaktiv zənglərin 43 min 717-si Bakı-Sumqayıt və şimal bölgəsi, 50 min 506-sı qərb bölgəsi, 51-i Naxçıvan Muxtar Respublikası, 9876-sı Mərkəzi Aran, 16 min 577-si isə cənub bölgəsi üzrə qeydə alınıb. Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtında dəstək göstərilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654