Sosial məsuliyyət və donorluq: gənclərin maarifləndirilməsi davam edir
06 Aprel 2026
518
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) donorluq mədəniyyətinin formalaşdırılması və bu sahədəki tibbi-hüquqi yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Bu silsilə tədbirlərin davamı olaraq növbəti görüş Bakı Xoreoqrafiya Akademiyasında keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru Həbibə Məmmədova mövzunun aktuallığını vurğulayaraq, orqan ianəsinin ən ali humanist dəyərlərdən biri olduğunu bildirib.
ODTKM-in İdarə Heyəti sədrinin müavini Günay Abbasova çıxış edərək məsələnin institusional və qanunvericilik tərəflərinə aydınlıq gətirib. O, ölkədə transplantasiya sahəsinin inkişafı üçün yaradılan hüquqi bazanın və dövlət nəzarətinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, donorluq və transplantasiya sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi davamlı xarakter daşıyır. Prosesin hər bir mərhələsində dövlət nəzarətinin olması və etik normaların qorunması vətəndaşların bu sahəyə olan inamının əsas sütunudur.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında qeyd edib ki, cəmiyyətdə ölümündən sonra orqan bağışlama mədəniyyətinin formalaşdırılması prioritet hədəfdir: "Bizim əsas missiyamız cəmiyyətdə orqan bağışlama mədəniyyətini təşviq etməkdir. Bu humanist addım minlərlə çarəsiz insanın həyatda qalma şansını artıran ən böyük xidmətdir".
Görüşdə donorluğun tamamilə könüllülük prinsipi əsasında həyata keçirildiyi, hər bir şəxsin öz iradəsi ilə donor ola və istədiyi vaxt bu qərardan imtina edə biləcəyi xüsusi qeyd olunub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, müzakirələrdə fəallıq göstərən gənclərə simvolik hədiyyələr təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261160
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026730
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026722
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026624
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026618
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026614
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026600
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026568
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026552
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026544
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026432
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026430
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026410
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314